İlham Əliyevin Türkiyə ilə "barışmaqdan" başqa yolu qalmır

Donald Trampın siyasəti, Əliyevin isə onun simasında strateji müttəfiq seçimi iflasa uğradı. Amerika xalqı öz sözünü dedi. Trampın İran avantürası və onun doğurduğu nəticələr respublikaçılara baha başa gəldi. Onlar ağır məğlubiyyətə uğradılar. Demokratlar əzici və tarixi qələbə qazandılar. Həm də uzun müddət üçün!
Digər tərəfdən isə Əliyev rejiminin "kiçik müttəfiqi" Benjamin Netanyahu da hakimiyyəti itirdi. İran avantürası onu da vurdu. Qəribəsi odur ki, "həşəmətli" müttəfiqimiz Trampın və Vaşinqtona "körpümüz" rolunu oynayan Bibi Netanyahunun vaqeəsi eyni vaxtda baş verdi. Körpü çökdü. Azərbaycan hakimiyyəti üçün arzuolunmaz faktlar üzə çıxa bilər.
Əliyev xanədanının "starateji" (oxu hakimiyyət) maraqları İsraillə əməkdaşlıqda, Azərbaycan xalqının təhlükəsizlik maraqları isə Türkiyə ilə qardaşlıqdadır. Öz sözləri olmayan hakimiyyət "sözçüləri" Türkiyəni bir az vaxtından əvvəl dəfn etmişdilər. Amma hər iki "starateji müttəfiqimizin" eyni vaxtda vərşikəst (çökməsindən) olmasından sonra İlham Əliyevin Türkiyə ilə "barışmaqdan" başqa ayrı yolu qalmır. Yəqin ki, yaxın vaxtlarda biz bunun şahidi olacağıq. Axı, biz "Bir millət, iki dövlətik!"
 
 
Cəmil Həsənli
Milli Şuranin sədri.