İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının şərqində ABŞ-a məxsus MQ-9 kəşfiyyat və hücum pilotsuz təyyarəsini ələ keçirərək məhv etdiyini açıqlayıb.
Məlumatı Fars xəbər agentliyi yayıb.
SEPAH bildirib ki, pilotsuz təyyarə yeni, qabaqcıl aerokosmik müdafiə sistemindən istifadə edilərək vurulub.
Bu, İran tərəfindən məhv edilən 55-ci ABŞ MQ-9 pilotsuz təyyarəsidir.
SEPAH həmçinin qüvvələrinin Hörmüz boğazında Qeşm adasının cənubunda iki ABŞ MQM-170 kəşfiyyat pilotsuz təyyarəsini ələ keçirdiyini bildirib. İddia olunur ki, bu son hadisə nəticəsində ələ keçirilən bu tip ABŞ pilotsuz təyyarələrinin ümumi sayı dördə çatıb.
İran bir gecədə 3 ABŞ dronunu məhv edib

Oxşar xəbərlər