Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib.
Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb.
“Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”, - Fərid İsmayılov bildirib.
Jurnalist əlavə edib ki, son vaxtlar Umbakı Təcridxanasında məhbuslara qarşı təzyiqlər artıb.
“Hicaba azadlıq!” deyib aclıq edən inanclı məhbuslar qeyri-insani rəftarla üzləşiblər. Vəli Allahverdiyev adlı məhbus əlləri arxadan bağlanaraq “kars”a (cərimə kamerasına) atılıb. Hüseyn Rzayev adlı məhbusun aclığını davam etdirməməsi üçün hüquqa zidd addımlar atılıb. Sahib Rzayev (Penitensiar Xidmətin yeni rəisi) çıxsın, ictimaiyyətə cavab versin" - o deyib.
Bunları bildirdikdən sonra Fərid İsmayılov məhkəmə heyətinə müraciət edərək zaldan çıxarılmasını istəyib.
“Hökumət həqiqətləri deməyim, göstərməyim deyə 2 ildir məni girovluqda saxlayır. Bu məhkəmə də şou, teatrdan başqa bir şey deyil. Sözümü deyib zalı tərk edirəm. Sizin üzünüzü görmək istəmirəm, sizin məhkəməni məhkəmə hesab etmirəm. Buna görə də öz xoşumla zaldan çıxmaq istəyirəm”, - o bildirib.
Hakim isə “hələ məhkəmə prosesi başlasın, ondan sonra baxarıq kimi çıxarırıq, kimi saxlayırıq” deyib.
Fərid İsmayılov buna cavab olaraq “məhkəmənin başlamasına ehtiyac yoxdur, indi çıxarın məni” deyib və zaldan çıxarılıb.
Bu zaman III Respublika Platformasının spikeri Akif Qurbanov hakimə müraciət edərək onu məhkəməni şouya çevirməkdə ittiham edib.
“Bütün vəsatətlərimizi rədd edirsən, burada təlxəklik edirsən. Etdiyin bu şoular tarixə düşəcək. Onsuz da İlham Əliyevin sifarişi ilə nə deyilibsə, o da olacaq. Sən kimsən ki, kiməsə göstəriş verəsən, kimisə zaldan çıxarasan, kimisə saxlayasan? Nə deyiblər, onu da et, biz də çıxaq gedək. Biz buraya ümumiyyətlə gəlmək istəmirik, məhkəmə zalına qalxmaq istəmirik”, - Akif Qurbanov deyib.
Bu mübahisələr fonunda hakim Zəfər Əhmədov prosesin təxirə salındığını elan edib.
Hakim bunu təqsirləndirilən şəxslərin üç vəkilinin prosesdə iştirak etməməsi ilə əsaslandırıb. Halbuki, prosesdə müdafiə tərəfinin digər vəkilləri iştirak edib.
Növbəti iclas dekabrın 7-nə təyin edilib.
Oktyabrın 5-də keçirilən əvvəlki iclasda da təqsirləndirilən şəxslərlə hakim Zəfər Əhmədov arasında mübahisə yaranmışdı. Həmin iclasda IDI əməkdaşı Ramil Babayev hakimə etiraz etdikdən sonra zaldan çıxarılmış, Əli Zeynal və İlkin Əmrahov isə etiraz olaraq zalı tərk etmişdilər. Media eksperti, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli hakimin davranışını tənqid edərək demişdi: “Siz özünüzü qanunun nümayəndəsi, hakim kimi aparmırsınız. Vəziyyəti bu yerə siz gətirib çıxarmısınız”.
Həmin iclasda Akif Qurbanov da hakimlərin onun etirazını dinləmədən qərar verməsinə etiraz etdikdən sonra zaldan çıxarılmışdı.
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə hökm elan olunub. Hökmə əsasən, Akif Qurbanov və Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli və Əli Zeynal 14 il, Ramil Babayev, İlkin Əmrahov və Müşfiq Cabbar 13 il, Fərid İsmayılov 12 il, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər. Elmir Abbasov məhkəmə zalında həbs olunub.
Məhkum olunanların hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib. Məhkəmə onlara qarşı qaldırılmış mülki iddianı təmin edib, üzərinə həbs qoyulmuş avtomobillərin və evlərin müsadirəsinə qərar verib.
“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

Oxşar xəbərlər