ABŞ Prezidenti Donald Trampın 3 noyabr aralıq seçkilərindən dərhal sonra İrana yeni hücum əmri verməyə hazırlaşdığı iddiası Avropa ölkələrini də narahat edir.
Almaniya Kansleri Fridrix Merts Cənubi Koreya səfəri zamanı Amerika ordusunun İrana yenidən hücum etmək üçün hazırlaşdığı iddiasına reaksiya verib.
Deutsche Welle-də yayımlanan xəbərdə qeyd olunur ki, ABŞ və İsrailin fevralın 28-də İrana hücum edərək başlatdıqları müharibənin yol açdığı enerji böhranının Avropaya 100 milyard avroya başa gəldiyini vurğulayan Merts münaqişənin hərbi yollarla həll oluna bilməyəcəyini deyib.
Merts: Diplomatik həll səylərimizi intensivləşdiririk
Almaniya hökuməti olaraq münaqişənin diplomatiya yolu ilə həlli üçün çalışdıqlarını bildirən Kansler Merts: “Bu münaqişənin mümkün qədər tez başa çatması üçün diplomatik səylərimizi bir çox kanaldan koordinasiya edir və intensivləşdiririk”, — deyə bildirib.
Fridrix Merts həmçinin: “Yalnız bunu deyə bilərəm: Bu münaqişə hərbi yollarla həll edilə bilməz”, — deyərək tərəfləri diplomatiya masasına əyləşməyə çağırıb.
Tramp yenidən hücum etməyə hazırlaşır?
ABŞ Prezidenti Tramp Konqresə aralıq seçkilərindən əvvəl İrana hücum etməyəcəklərini bəyan etmişdi. Lakin son günlərdə Trampın gələn həftənin çərşənbə axşamı keçiriləcək aralıq seçkilərindən dərhal sonra ABŞ ordusuna hücum əmri verməyə hazırlaşdığı iddiası gündəmə damğasını vurub.
Amerika mətbuatında Trampın ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri admiral Bred Kuper ilə Ağ Evdə reallaşdırdığı görüş geniş əks-səda doğurub.
Trampın Kuperdən İrana ehtimal olunan hücumla bağlı hazırlıqlar və hərbi variantlar barədə məlumat aldığı iddia edilir.
Merts: İrana yeni hücum Avropaya ağır başa gələcək