Fələstinlilərə qarşı soyqırım siyasəti aparan İsrail bu dəfə Qəzza sərhədindən uçurulan çərpələng və şarlara görə yeni tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib.
İsrailin müdafiə naziri İsrael Katz çərpələnglərin üzərində partlayıcı maddə olub-olmamasından asılı olmayaraq, pilotsuz uçuş aparatı kimi qiymətləndiriləcəyini bildirib.
Nazir “sıfır tolerantlıq” siyasəti tətbiq ediləcəyini və buna qarşı sərt tədbirlər görüləcəyini açıqlayıb.
İsrail mediası Qəzza sərhədinə yaxın Nahal Oz yaşayış məntəqəsində bir neçə çərpələngin aşkarlandığını yazıb. İsrail ordusu onların təhlükə yaratmadığını və üzərində şübhəli material olmadığını bildirsə də, hərbçilər onların HƏMAS tərəfindən İsrailin reaksiyasını yoxlamaq məqsədilə göndərilə biləcəyini iddia ediblər.
HƏMAS bütün ittihamları rədd edib.
Yalnız İsrail belə qərar verə bilər – “Çərpələnglər də dron sayılacaq”