Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb

Türkiyədə F-16 hərbi təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Türkiyə KİV-ləri xəbər verir ki, hadisə Yalovada baş verib.

Qəzanın baş verdiyi əraziyə xilasedicilər göndərilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, pilot katapult edərək xilas olub.

Qəzanın səbəbinin araşdırıldığı bildirilib.