Avqustun 1-də İraqın Neynəva əyalətində Müqəddəs Qurani-Kərimin əzbərlənməsi üzrə genişmiqyaslı müsabiqəyə start verilib.
Yarışda müxtəlif yaş qruplarını təmsil edən 20 min nəfər iştirak edir.
Müsabiqədə kişilər, qadınlar, gənclər və yaşlılar iştirak edirlər. İştirakçılar belə əhəmiyyətli tədbirin bir hissəsi olmaqdan böyük məmnunluq duyduqlarını bildiriblər.
Bu tədbir Neynəva sakinlərinin Qurana olan dərin mənəvi bağlılığını və Həzrət Peyğəmbərə (Allahın Ona və pak Ailəsinə salamı və salavatı olsun!) olan sevgisini əks etdirir. Müsabiqə yazılı test formatında, cavab variantları əsasında keçirilir.
Yarış bir ay davam edəcək.
Müsabiqənin yekununda iştirakçılar İraq Sünni Vəqfləri İdarəsi tərəfindən hazırlanmış qiymətli hədiyyə və mükafatlarla təltif olunacaqlar.
Bundan əvvəl Neynəva əyalətinin Şiə Vəqfləri İdarəsi də iraqlı qarilərin iştirakı ilə “Quran həftəsi” təşkil etmişdi. Mütəxəssislərin fikrincə, bu cür tədbirlər Quran tilavəti və azan sahəsində istedadlı şəxslərin üzə çıxarılması üçün mühüm platformadır.
“Quran həftəsi” Neynəva əyalətində Məbəs bayramı münasibətilə qeyd olunan Milli Quran Günü çərçivəsində təşkil olunmuş və müxtəlif mədəni-dini proqramlarla müşayiət edilmişdi.
İraqda 20 min nəfərin iştirakı ilə Quran müsabiqəsi başladı