Livan prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahunu Yaxın Şərqdə sülhə aqressiv yanaşmasını dəyişdirməyə çağırıb.
Onun açıqlamasını mətbuat ofisi yayıb:
"Təkbaşına hərbi qüvvə uzunmüddətli sabitliyi təmin edə bilməz və bu, yalnız danışıqlar yolu ilə əldə edilə bilər".
Siyasətçinin sözlərinə görə, müharibələr ölüm, dağıntı və köçkünlük gətirir. O, vurğulayıb ki, "sülh və təhlükəsizlikdən danışarkən aqressiv yanaşmanı qorumaq mümkün deyil".
Aun ümid etdiyini bildirib ki, 14 iyulda Romada açılan İsrail ilə ikitərəfli danışıqların altıncı raundu "işğalçı qüvvələrin Cənubi Livandan çıxarılmasının başlanğıcında öz əksini tapacaq praktik nəticələrə" gətirib çıxaracaq: “Livanlıların aydın məqsədləri var: ərazilərinin tamamilə azad edilməsi, müharibədən zərər çəkmiş ərazilərin yenidən qurulması və mülki şəxslərin oraya qayıtması".
Qeyd edək ki, 26 iyunda Livan və İsrail ABŞ-ın himayəsi altında Vaşinqtonda keçirilən beş raund məsləhətləşmələrdən sonra çərçivə sazişi imzalayıblar. Ona əsasən, Livan silahlı qüvvələri tədricən "ölkənin bütün ərazisi üzərində effektiv suveren nəzarəti" bərpa etməlidir.
Livan prezidenti Netanyahuya müraciət etdi: Yalnız hərbi güclə sabitlik əldəedə bilməyəcəksən