Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsindən bir məhbusun qaçdığı bildirilir.
Hadisə barədə məlumat əvvəlcə bir sıra yerli media orqanlarında dərc edilsə də, qısa müddət sonra həmin xəbərlər saytlardan silinib.
Meydan TV-nin öz mənbələrindən əldə etdiyi məlumata görə isə yayılan informasiya həqiqətə uyğundur.
Meydan TV-yə 15 saylı Cəzaçəkmə Müəssisəsinin vəzifəli şəxslərindən biri bildirib ki, axşam sayımı zamanı nəzarətçi məhkumun yerində olmadığını diqqətdən qaçırıb. Sonradan onun barakda olmadığı müəyyən edilib.
Mənbənin bildirdiyinə görə, qaçan məhbus 1993-cü il təvəllüdlü İsa Veysalidzedir. Zaqatala rayon sakini olan Veysalidze oğurluq ittihamı ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasının təxminən iki ilini çəkib. Mənbənin sözlərinə görə, bu, onun ilk məhkumluğu olmayıb.
Məlumata əsasən, Veysalidze müəssisənin sənaye zonasında işləyirmiş, məhbus qaçışını əvvəlcədən planlaşdırıb. O, sənaye zonasında götürüb gizlətdiyi kəlbətin vasitəsilə əvvəlcə pəncərənin dəmir barmaqlıqlarını, daha sonra isə hasarın torunu kəsərək axşam saatlarında müəssisəni tərk edə bilib.
Mənbənin sözlərinə görə, qaçan məhkumun son olaraq Zaqatala istiqamətində hərəkət etdiyi müəyyənləşdirilmişdi.
“Əgər sərhədi keçməyi bacarsa və yenidən tutulmasa, cəzaçəkmə müəssisəsinin rəisi başda olmaqla, çoxunun başı yanacaq”, – deyə mənbə bildirib.
Meydan TV-nin əldə etdiyi son məlumata görə, qaçan məhkum iyulun 8-də Şəki rayonu ərazisində saxlanılıb.
Mənbənin sözlərinə görə, hadisənin ictimailəşməməsi üçün xüsusi göstəriş verilib. Buna baxmayaraq, sosial şəbəkələrdə hadisə ilə bağlı paylaşım edilib. Mənbə iddia edir ki, bundan sonra Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun yaratdığı qrupun üzvləri həmin paylaşımların şərh bölməsində hadisəni təkzib edən rəylər yazıblar.
“Mirsaleh Seyidovun rəhbərliyi ilə məhz sosial şəbəkələrdə şərh yazmaq üçün qrup yaradılıb. Hadisə baş verəndə qrup üzvləri girib rəisi tərifləyirlər və hansısa məhbusun adından çıxış edirlər. Bu dəfə də guya 15 saylı CÇM-də yatan məhbusun adından ‘orada qaçmaq üçün yer yoxdur, xəbər yalandır’ şərhi yayılıb”, – mənbə bildirib.
15 saylı Cəzaçəkmə Müəssisəsindən bir məhbusun qaçdığı bildirilir