Ankarada keçirilən NATO Zirvə toplantısının yekun bəyannaməsi ictimaiyyətə təqdim olunub. Sənəddə alyansın əsas prinsiplərindən biri olan 5-ci maddəyə sadiqlik bir daha təsdiq edilib.
Bəyannamədə vurğulanır ki, NATO üzvlərindən birinə qarşı edilən hücum bütün müttəfiqlərə qarşı yönəlmiş hücum kimi qiymətləndirilir. Eyni zamanda, transatlantik əməkdaşlığa və kollektiv müdafiə mexanizminə sarsılmaz bağlılıq ifadə olunub.
Yekun sənədə əsasən, NATO ölkələri 50 milyard ABŞ dollarından artıq dəyərə malik yeni müdafiə təchizatı proqramına başlayacaq.
Bununla yanaşı, alyansın ümumi müdafiə potensialının gücləndirilməsi, yeni hərbi imkanların yaradılması və müdafiə sənayesində istehsal gücünün artırılması istiqamətində fəaliyyətin davam etdiriləcəyi bildirilib.
Bəyannamədə qeyd olunur ki, NATO üzvləri 2026-cı ildə Ukraynaya ümumilikdə 70 milyard avro həcmində dəstək göstərməyi öhdələrinə götürüblər.
Sənəddə həmçinin bildirilib ki, müttəfiq ölkələr 2027-ci ildə də ən azı eyni səviyyədə yardımın davam etdirilməsi ilə bağlı suveren qərarlarını təsdiqləyiblər.
Yekun bəyannamədə İranla bağlı da xüsusi bənd yer alıb. NATO üzvləri İranın heç vaxt nüvə silahına malik olmamalı olduğunu bir daha bəyan ediblər.
Bununla yanaşı, Tehrana Hörmüz boğazında beynəlxalq gəmiçilik azadlığına tam şəkildə hörmət etməsi çağırışı edilib.
NATO-nun Baş katibi Mark Rütte zirvə toplantısından sonra keçirdiyi mətbuat konfransında Ankarada son dərəcə uğurlu görüşün başa çatdığını bildirib.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi zirvə bir il əvvəl Haaqada qəbul edilmiş qərarların praktik mərhələyə keçməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Rütte vurğulayıb ki, müdafiə sahəsinə yatırımlar artırılır, yeni hərbi imkanlar yaradılır və müdafiə sənayesində istehsal gücü genişləndirilir. Onun sözlərinə görə, Avropadakı müttəfiqlər və Kanada ümumi təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürür.
Baş katib bildirib ki, NATO üzvləri 2035-ci ilədək ümumi daxili məhsulun 5 faizinin müdafiə sahəsinə ayrılması istiqamətində mühüm irəliləyiş əldə ediblər.
Rütte əlavə edib ki, əsas müdafiə xərcləri və təhlükəsizliyi gücləndirən investisiyalar qarşıdakı illərdə də artırılacaq. Bu addımların NATO-nun kollektiv müdafiə imkanlarını daha da gücləndirəcəyi qeyd olunub.
Ankara Zirvəsinin yekun bəyannaməsi: NATO-dan İrana sərt çağırış