12 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan məhbus Elşən Mürsəlovun işgəncəyə məruz qaldığı deyilir.
Bu barədə onun anası Nailə Bağırova prezident İlham Əliyevə ünvanladığı və jurnalist Arzu Abdullanın ictimailəşdirdiyi müraciətdə bildirir.
Məhbusun anası iddia edib ki, oğlu cəzaçəkmə müəssisəsində məhbuslara suyun pulla satılmasına etiraz etdikdən sonra döyülərək cərimə kamerasına ("kars") salınıb:
“Oğlum bu yayın qaynar günlərində suyun olmamasına və pulla satılmasına etiraz etdiyinə görə elə döyüblər ki, onun yaşayacağına ümidim yoxdur”.
Nailə Bağırova deyir ki, oğlu bundan əvvəl də dəfələrlə zorakılığa məruz qalıb.
“Bundan əvvəl də bir neçə dəfə oğlumu döyüblər. Ayaq damarlarını qırıblar. Özüm mən xadiməçi ola-ola Topçubaşov adına xəstəxanaya apardım əməliyyat etdirdim. Xeyli pulum getdi o yollarda. Özlərinə nə qədər müraciət etsək də əməliyyatı etdirmirdilər. Ondan sonra yaraları qurtarmamış onu apardılar zona atdılar. Mən bilirəm, pulum yoxdur deyə uşağımı atıb, salırlar ora. Yenidən bir müddət keçəndən sonra hələ yaraları sağalmamış necə döymüşdülərəsə, xayasını partlatmışdılar”, - deyə məhbusun anası bildirib.
N.Bağırova Ombudsman Aparatını hadisəni araşdırmağa çağırıb:
“Ombudsmandan tələb edirəm, getsin oğlumun partladılmış ağzını burnunu öz gözləri ilə görsün, yaraları sağalandan sonra gedib "hər şey qaydasındadır" demək, insan hüquqlarını müdafiə etmək deyil, məhbusa qarşı edilmiş işgəncəyə imkan yaratmaq, göz yummaqdır”.
Nailə Bağırova "Toplum TV"yə bildirib ki, oğlunun vəziyyəti ilə bağlı iyulun 3-də Ədliyyə Nazirliyində olub. Onun sözlərinə görə, nazirlikdə Elşən Mürsəlovun daxili qaydaları pozduğu üçün cərimə kamerasına salındığı bildirilib.
"Dedim ki, əgər ona işgəncə verilməyibsə, aparın, özüm görüm. Buna razı olmadılar. Dedilər ki, ayın 9-da “kars”dan çıxacaq və o zaman özü evə zəng edə biləcək", - deyə Nailə Bağırova bildirib.
Səsləndirilən iddialarla bağlı Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmayıb.
Elşən Mürsəlov qəsdən adam öldürmə maddəsi ilə 2017-ci ildə həbs olunub. Məhkəmənin qərarı ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Məhbus anası: "Oğlum həbsxanada suyun olmamasına etiraz etdiyi üçün döyülüb"