Müharibə dünya insanına İslamın varlığını görmək üçün bir pəncərə oldu (5-ci hissə )

Demokratiya adı altında dünyanı istismar edənlər, insanlıq cinayətləri və soyqırım siyasətini aparanları himayə edənlər bu dəfə İslamın onların yalançı və içini qurdlar yemiş boş bir ağac kimi qurumuş mövcudluğunu ifşa etməsi ilə qarşı-qarşıya qaldılar.

Bu, olduqca unikal vəziyyət idi. Qoca qitəni belə qorxuda saxlayan, həqiqətdə dindən uzaq düşənlərin mənəvi çöküşünə çevrilən zülmü canlı və praktik bir dinin ifşa etməsi hər kəsin arzuladığı real ümid və istək idi. Lakin qarşılıq verəcək daha güclü dəstək, təsirli bağlılıq və İlahi eşq olmadıqda cəbhələr zülmün əsarətində razılaşmaq məcburiyyətində qaldılar. İslamın həqiqəti isə 1980-1988-ci illər müharibəsində olduğu kimi İlahi yardımla bu baryeri aşmaq gücündə idi.

Bu rənglərin aydınlaşması üçün iki əks qütb mütləq qarşılaşmalı idi. Nəzəriyyədən praktikaya, fikirdən əmələ, illüziyadan reallığa keçid üçün tərəflər üz-üzə durdu. Dünya üçün son ümid və güc olaraq təqdim edilən, əlində demokratiyanı maşa kimi işlədən Qərb və bütün haqsızlıqlara “yox” deyərək Allahdan başqa bütün güclərin hörümçək toru qədər zərif olduğunu bildirən İslam çağırışı ilə meydana daxil olan İran!

Savaş “Qərbin demokratiyası” çətiri altında saxlanılan saxta “İslam dövlətləri”nin aldadıcı himayəsi üçün fürsət idi. Eyni zamanda imperializmin demokratiya libasına bürünərək quldarlığı kapitalizm adı ilə dünyaya sırıması ifşa olunurdu.

Dünyanın ağıl sahibləri bu savaşı yuxarıda qeyd ediləndən fərqli müstəvidə gördükləri üçün hər hansı təhdid qarşısında yalançı demokratların çağırışlarını laqeydliklə qarşılayaraq hadisənin tərəfi deyil, haqqın zəfərini seyr etməyi üstün tutdular.

İndi əsas məsələ İslamın praktik gücünün həqiqətini dünya üçün əhəmiyyət daşıyan bu güclü savaşda görmək idi. Qərb əmin idi ki, ciddi senzura yaşayan bir dövlətin mübarizə əzmi uzun sürə bilməz və kapitulyasiya qaçılmazdır. Lakin İslam və onun işlək sistemi bu sahədə də dünyanı təəccüb və heyranlıq içində qoyacaq manevrlərlə hər ötən gün həqiqətin nəyə qadir olduğunu nümayiş etdirdi.

Beləcə müharibə son günlərini yaşayırdı və artıq bütün təhlilçilər qalib və məğlub tərəfi qətiyyətlə söyləyirdi. Qalib, son iqtisadi, siyasi və əqidəvi gücü özünə tabe etmək istəyən Amerika və İsrail birliyinə sarsıdıcı zərbə vuran İran idi.

Belə olan halda dünyanı sabah nə gözləyə bilər?

 

 

5-ci hissənin sonu.