Hizbullahın baş katibi Nəim Qasim Livan xalqına ünvanladığı müraciətdə sionist rejimin hərbi əməliyyatlarda məqsədlərinə nail ola bilmədiyini bəyan edib. O, bildirib ki, işğalçı rejim ordusu dəfələrlə elan etdiyi quru əməliyyatını həyata keçirə bilməyib və müqavimət qüvvələri tərəfindən ciddi itkilər verib.
Qasim vurğulayıb ki, rejim əsgərləri və zabitləri müxtəlif pusqularda hədəfə alınıb, hərbi texnika isə Livanın cənub bölgələrində məhv edilib.
Şeyx Qasim çıxışında bildirib ki, müqavimət heç bir halda əvvəlki vəziyyətə qayıtmayacaq. Onun sözlərinə görə, mübarizə “son nəfəsədək” davam edəcək və bu xəttdən geri çəkilmək planlaşdırılmır.
O, Livan xalqına səslənərək şəhidlərin qanının müqaviməti daha da gücləndirdiyini və qələbəyə aparan əsas amillərdən biri olduğunu qeyd edib.
Qasim bildirib ki, sionist rejim müharibə boyu hədəflərini dəfələrlə dəyişib – bəzən Litani çayına qədər irəliləməyi, bəzən məhdud əməliyyatları, bəzən isə yalnız hava zərbələri ilə nəticə əldə etməyi planlaşdırıb. Lakin bu strategiyaların heç biri uğur gətirməyib.
Onun sözlərinə görə, 40 gündən artıq davam edən hücumlara baxmayaraq, raketlər, artilleriya mərmiləri və pilotsuz aparatların işğal edilmiş ərazilərə, o cümlədən Hayfaya qədər çatmasının qarşısı alınmayıb.
Hizbullah lideri qeyd edib ki, sionist rejimin 100 minə qədər əsgər toplaması belə nəticəni dəyişməyəcək. Onun fikrincə, bu qüvvələr də ağır itkilərlə üzləşə bilər.
Qasim əlavə edib ki, cəbhədə olan rejim əsgərləri qorxu və qeyri-müəyyənlik içindədir və onların qarşısında ya ölüm, ya əsirlik, ya da geri çəkilmə ehtimalı dayanır.
Şeyx Qasim sionist rejimin Beyrut, cənub bölgələri, Bəkaa və Cəbəl-Livan ərazilərində mülki əhalini hədəfə aldığını iddia edib. Onun sözlərinə görə, bu addımlar hərbi uğursuzluqları ört-basdır etmək məqsədi daşıyır.
O, həmçinin Livan xalqının dözümlülüyünü və həmrəyliyini yüksək qiymətləndirib.
Qasim Livan rəhbərliyinə müraciət edərək “pulsuz güzəştlərin” dayandırılmasını tələb edib. O, dövlət, ordu, xalq və müqavimət arasında birliyin qorunmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu birlik ölkənin suverenliyinin bərpası və işğalın sona çatdırılması üçün əsas şərtdir.
Şeyx Qasim: Əvvəlki vəziyyətə qayıdış olmayacaq