"Çelsi" xal itirdi, "Nyukasl" "Tottenhem"ə qalib gəldi

İngiltərə Premyer Liqasında XXVI turun oyunları keçirilir.

"Çelsi" doğma meydanda "Lids"lə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Digər görüşdə isə "Nyukasl" "Tottenhem"ə 2:1 hesabı ilə qalib gəlib.

Hazırda "zadəganlar" 44 xalla 4-cü pillədə qərarlaşıb.

"Nyukasl" isə 36 xalla 10-cu yerdədir.