Dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı Faiq Vəlizadəyə hökm oxunub. Fevralın 4-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi ilahiyyatçı barəsində Cinayət Məcəlləsinin 274-cü maddəsi (Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etmək) ilə irəli sürülən ittiham aktını araşdırıb.
Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən son prosesdə ruhaniyə hökm oxunub. Məhkəmə Faiq Vəlizadəni qeyd edilən maddə ilə müqəssir bilərək onu 15 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Faiq Vəlizadə 2024-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmış və barəsində vətənə xəyanət ittihamı ilə cinayət işi başlanmışdı.
Ruhani Faiq Vəlizadə 15 il müddətinə azadlıqdan məhrum edildi