"Kəpəz" cari mövsümdə ilk dəfə heç-heçə etdi

"Kəpəz" klubu cari mövsüm Misli Premyer Liqasında ilk dəfə heç-heçə edib.

Gəncə təmsilçisi XIX turda "İmişli" ilə üz-üzə gəlib.

Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma qolsuz yekunlaşıb.

Xallarının sayını 19-a çatdıran "İmişli" 9-cu pillədə qərarlaşıb. "Sarı-göylər" 13 xalla 11-ci sıradadır.

Günün ikinci matçında "Turan Tovuz" "Karvan-Yevlax"la üz-üzə gələcək.

Qeyd edək ki, tura fevralın 10-da yekun vurulacaq. Ötən gün "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib.