Atəşkəsə baxmayaraq hücumlar davam edir
Sionist rejim ordusu atəşkəs razılaşmasına rəğmən Qəzza zolağının müxtəlif bölgələrinə hava hücumlarını davam etdirib. Fələstinin rəsmi WAFA agentliyinin məlumatına görə, səhər saatlarından etibarən həyata keçirilən hücumlar nəticəsində azı 11 fələstinli şəhid olub.
Hücumların əsasən yaşayış məntəqələri və məcburi köçkünlərin sığındığı əraziləri hədəf alması beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilir.
Xan Yunisdə eyni ailədən 7 nəfər şəhid edildi
Qəzza zolağının cənubunda yerləşən Xan Yunis şəhərinin Əsda bölgəsində İsrailə məxsus pilotsuz uçuş aparatı məcburi köçkünlərin qaldığı çadırı hədəfə alıb. Hücum nəticəsində eyni ailədən 7 nəfər şəhid olub, 6 nəfər isə yaralanıb.
Nasir Xəstəxanasının tibb işçiləri bildiriblər ki, ölənlər arasında qadınlar və uşaqlar da var. Yaralıların bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Xəstəxana mənbələrinin verdiyi məlumata görə, sionist rejim döyüş təyyarələri Qəzza şəhərinin qərbində yerləşən Rimal məhəlləsində bir yaşayış binasını bombalayıb. Hücum nəticəsində iki uşaq və bir qadın daxil olmaqla 4 fələstinli şəhid olub, çoxsaylı yaralı var.
Yerində aparılan xilasetmə işləri zamanı dağıntılar altında qalanların ola biləcəyi ehtimal edilir.
Digər bölgələr də hədəfə alındı
İsrail ordusu eyni zamanda Qəzza şəhərinin şərqində yerləşən Tuffah məhəlləsində bir evi, Cəla küçəsini və Qəzza zolağının mərkəzindəki Bureyc Qaçqınlar Düşərgəsinin şərq hissəsini hava zərbələri ilə vurub.
Bu hücumlar nəticəsində yaralananların olduğu bildirilsə də, şəhid olanları sayı ilə bağlı dəqiq məlumat açıqlanmayıb.
Son hücumlar bir daha göstərir ki, sionist rejim ordusunun əməliyyatları əsasən mülki əhalini hədəf alır. Qadınların, uşaqların və köçkünlərin qətlə yetirilməsi Qəzzada humanitar vəziyyəti daha da ağırlaşdırır.
Beynəlxalq təşkilatlar atəşkəsin sistemli şəkildə pozulmasına və mülki əhalinin qorunmamasına dair narahatlıqlarını artırsa da, hücumlar davam edir.
İsrail hücumlarında 11 fələstinli şəhid oldu