Sizinlə birlikdə 11 il : “Müsəlman Birliyi Hərəkatı”

11-ci yaşında yenə Müsəlman Birliyi Hərəkatı sizinlə birlikdə olmaqdan qürur duyaraq növbəti ilində Allahdan yardım, uğur və rəhmət diləyərək fəaliyyətindədir. Hesabat xarakterli illik hazırlanan yazı son bir ildə MBH-nın yaddaşına həkk olan hadisələrin qısa xronologiyasını sizlərin diqqətinə çatdırmaq istərdik.
İlk sətri təəssüflə bu günə qədər hələ də hərəkat lideri Tale Bağırzadə başqa olmaqla şərlənərək həbs həyatı yaşayan 54 MBH üzvünün dəmir barmaqlıqlar arxasında olduğunu bildiririk. Bu sətirlərin acısı hələ də nəzərləri qapılara dikilən, uşaqlar, həyat yoldaşları, valideyinlərin üzüntüsü əks olunduğu kimi bu şəxsləri əqidə, inam və inanc məhbusu olaraq günahsız həbslərə məhkum olmaları bu hadisənin daha kədərli hissəsidir.
Bu acılarla yanaşı ötən ilin təqvimi xoş hadisələrə də şahidlik etdi. Bu sırada Tale Bağırzadənin Qurana yazdığı “23 ilin işığında-böyük İslam inqilabının izahı” adlı kitabının 1-ci cildinin işıq üzü görməsidir. Eyni halda MBH-nin təsis etdiyi şəhid Mübariz İbrahimovun adını daşıdığı “Mübariz” medalıda hərəkat üçün xüsusi hadisələr sırasında yer aldı.
Ümumiyyətlə otən ilin bu gününə qədər həbs dövrünü başa vuranlar və vaxtından əvvəl azad edilən hərəkat üzvülərinin azadlığa qovuşması da sevinc doğuran xəbərlərdən idi. Azadlığa qovuşan MBH ailəsinin 6 üzvü bizim bölüşdüyümüz xoş anlar idi. Bunlardan İsmayılov Elxan (böyrək çatışmazlığı səbəbindən vaxtından əvvəl azadlığa qovuşub), Rəhimov Elşən, Əliyev Rəşad vaxtından əvvəl şərti azadlığa çıxsalarda Əliyev Nicat, Babayev Samir və Hüseynov Mirtofiq həbs müddətlərini başa vuraraq haqqları olan azadlıqlarını əldə etdilər.
Ötən ilin sonu imzalanan Aministiya aktı çərçivəsində bu günə qədər 14 hərəkat üzvü haqqı olan azadlığına qovuşdu. Bu siyahıda Natiq Qasimov, Elvin Quliyev, Mirəşrəf Şiriyev, Müşfiq Şərifzadə, Ceyhun Balaşov, Telman Rəşidov, Səbuhi Nəcəfov, Elsevər Hacıyev, Rizvan Rəhimov, Yasin Əhmədov, Ceyhun İlyasov, Quluyev Bəhruz, İsmayılov İsmayıl və Əhmədli Amal yer alır ki, hadisə uzun zaman həbs və repressiya yaşayan bir hərəkat üçün olduqca fərəhləndirici idi.
Paralel olaraq günahsız həbslər sırasını hakimiyyət bu il də genişəndirməyə davam etdi. 2025-ci ildə Zeynalov Elvin və Elgiz Məmmədov olmaqla 2 hərəkat üzvü həbs olundu ki, E. Zeynalova hökm oxunsa da, E.Məmmədovun məhkəməsi hələ də davam edir.
2025-ci ildə ümumilikdə 5 hərəkat üzvünə hökm oxunub. Onlar: Qulubəyli Təbriz (5 mart 2025-ci ildə 3 il), Quliyev Qurban (27 fevral 2025-ci ildə 3 il), Sayadov Tərlan (23 iyul 2025-ci ildə 3 il), Zeynalov Elvin 6 iyun 2025-ci ildə 3 il 6 ay) və Şirinov Namiq (13 fevral 2025-ci ildə 3 il).
Bu gün hərəkatın 5 üzvü 8 saylı ciddi, xüsusi qapalı rejimli müəssisədə, digər 5 üzvü isə Umbakl ciddi qapalı rejimli müəssisələrdə cəza çəkməkdədirlər. Digər 46 MBH üzvü ciddi rejimlərdən ümumi rejimlərə qədər müxtəlif cəzaçəkmə müəssisələrindədirlər.
Əlbəttə, bütün bunlara baxmayaraq təbii ki, hərəkat koordinasiya olunmuş vəziyyətdə fəaliyyətini davam etdirir. Xüsusi olaraq sədr və idarə heyətinin əksər üzvüləri və bir çox sıravı MBH-çiləri illərdir həbs həyatı yaşasa da, lakin hərəkat ilk gündən məqsəd və məramı ətrafında fəaliyyət xəttində sabitdir. Bu mövzuda bəyanatlar, etirazlar, dəstək və təşəbbüslər əsas xətt olaraq mövqey münayişində dəyərləndirilir.
Bu sırada hərəkat ötən bir ildə ölkə və xaricində baş verən bir çox hadisələri yaxından izləyərək baş verənlərə mövqey nümayiş etdirib. Bunların sırasında 6 inanclı xanımların saxlanılmasına hiddət bəyanatı və onlara media dəstəyi, Əli Kərimli, Gültəkin Hacıbəyli və sair müxalifət üzvülərinin həbsinə etiraz, eyni halda Tofiq Yaqublunun aclıq aksiyasına dəstəyi qeyd etmək olar.
Eyni halda həbsxanalarda haqsızlıqlara dəfələrlə etiraz səsinin ucaldılması, Qarabağ Müharibə Qazisi Hacı Vəliyevin həbsinə etiraz, Aşura, Qurban, Ramazan və sair dini mərasimlərin hakimiyyət tərəfindən qeyd tarixinin dəyişdirilməsi təpki hərəkat tərəfindən ciddi tənqidlər hədəfində olub.
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana gəlişinə etiraz olaraq aclıq aksiyasi təşəbbüsü, Ravvinin Azərbaycanda qrultay keçirmək üçün toplantısına etiraz da hərəkatın kütləvi reaksiyalara səbəb olan layihələrindən idi.
Qəzza soyqırımı, İsrail qətliamı, eyni halda Sionizmin İrana hücumu da hərəkatın tənqid bəyanatları sırasında yer alan hadisələrdən idi. Bu sırada Suriyada Ələvilərin soyqırımına hiddətini ifadə edən bəyanatla da hərəkat bu hadisəni məhkum etdiyi bildirişlərindəndir.
Müsəlman Birliyi Hərəkatı geridə qoyduğu növbəti bir ilini xalqın hər bir fərdindən dünyanın haqsevər şəxsinə qədər genişlənən sevgi, inam və dəstəyi fonunda birliyindən duyduğu qürurunu ifadə, növbəti yaşında bir daha amallarına sədaqət nümayiş etdirdiyini bəyan edərək sizinlə birliyini bir daha elan edir.
Biz milli məfkurədə ümmətçilik şüarımıza sadiq fəaliyyətimizdə sabitik. Sizinlə mətin və iradəli addımla daha böyük naliyyətlər əldə edəcəyimizə ümid, Allahdan isə yardım diləyirik.
 
Sizin Müsəlman Birliyi Hərəkatı.