İlk növbədə bütün şəhidlərimizi ehtiramla anır, Allahdan onlara rəhmət diləyirəm. Həmçinin 10 il öncə Nardaranda günahsız şəkildə qətlə yetirilən qardaşlarımızın ədalət gözləyən azad ruhları qarşısında baş əyirəm.
Haqq incələr, lakin qırılmaz. Bir gün həqiqətin öz yerini alacağına və Nardaran hadisəsi kimi ölkədə baş vermiş bir çox cinayətlərin həqiqi iştirakçılarının ədalət məhkəməsi qarşısında dayanacağına zərrə qədər də olsun şübhə etmirəm.
Bütün hadisələr insan zəkası üçün bir seçim anıdır — haqqın və ya batilin tərəfində dayanmaq üçün bir fürsətdir. Quranda rəvayət edilən peyğəmbərlərlə bağlı əhvalatlar da məhz insanların seçdikləri cəbhəyə uyğun aqibətlərini bizə xatırladır.
Allahdan bir daha diləyim odur ki, bizi həqiqətin yanında, batilin isə qarşısında qərar versin.
Etibar İsmayılov
8 saylı ciddi–qapalı müəssisə
26 noyabr 2025-ci il
Etibar İsmayılov “Nardaran hadisələri”ni andı