Qəzzanın şimalından olan əl-Bisuni 2023-cü ilin dekabrında Cəbaliya düşərgəsindəki bir məktəbdə saxlanılıb və daha sonra Sədə Timan adlı İsrail hərbi bazasına aparılıb.
Azad edilmiş əsir deyib: Bir çox məhbusları ölüm həddinə qədər döyürdülər. Biz kömək üçün qışqıranda, mühafizəçilər qoy ölsün deyirdilər. Beş dəqiqə sonra cəsədi bir torbaya büküb qapını bağlayırdılar.
O, hətta həkimlərin və tibb işçilərinin belə işgəncədən azad olmadığını, çoxunun döyülmə və tibbi yardımın qarşısının alınması nəticəsində həlak olduğunu bildirib. Əl-Bisuni Qəzzalı tanınmış bir cərrahın şəhid edilməsini xatırladaraq deyib:
Mühafizəçilərdən biri onun sinəsinə, düz ürəyinin üstünə zərbə endirdi. Beş dəqiqə sonra can verdi.
Fələstinli əsirdən İsrail həbsxanalarındakı “təzyiq, işgəncə və ölüm”lə bağlı dəhşətli ifadələr
Son atəşkəs zamanı azad olunan fələstinli əsir Əkrəm əl-Bisuni ingilis telekanalına müsahibəsində İsrail rejiminin həbsxanalarında yaşanan işgəncə, ölüm və təhqir səhnələrini təsvir edib. O bildirib ki, fələstinli məhbuslar döyülmə, psixoloji təzyiq, dini təhqir və tibbi yardımdan məhrum edilmə kimi ağır şəraitə məruz qalırdılar.