İstanbulda İrana dəstək nümayişi

İstanbulda İsrail rejiminin hücumlarına qarşı İrana dəstək nümayişi keçirilib.

İstanbul əhalisi iyunun 15-də İran İslam Respublikasının İstanbuldakı Baş Konsulluğu qarşısına toplaşaraq, sionist rejimin törətdiyi qətllərə öz qəzəblərini bildiriblər. Nümayişçilər İran xalqı və hökumətini dəstəklədiklərini bəyan edərək, İran Silahlı Qüvvələrini sionist rejimin hücumlarına cavab vermək və müdafiə etmək səylərini təqdir ediblər.

Nümayişdə çıxış edənlər sionist rejimə qarşı birlik və həmrəyliyin vacibliyini vurğulayaraq, İran xalqına xitabən bu ifadələri işlətdilər: “Biz qəsbkar rejimlə mübarizədə iranlı qardaşlarımızın yanında qanımızı və canımızı fəda etməyə hazırıq.