Bu gün, 8 noyabr Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Ali Dini Şurasının iclası baş tutub.
Bu barədə Aktual.ge xəbər portalına GMi-nin Ali Dini Şurasının sədri və şeyx seçkilərinin moderatoru Hacı Kamran Məmmədov məlumat verib.
O, iclasda müzakirə olunan mövzulardan danışıb və adı ictimaiyyətə məlum olan şeyx namizədlərinin rəsmən təsdiqləndini qeyd edib.
"Bu gün Ali Dini Şuramızın iclası baş tutub. İclasda bir sıra məsələlərin müzakirəsi ilə yanaşı əsas şeyx seçkilərində iştirak edəcək - Hacı Qurban Murquzov, Hacı Faiq Nəbiyev və Vidadi Qurbanovun namizədliyi rəsmi olaraq təsdiqləndi. Beləliklə keçiriləcək şeyx seçkilərində hər üç rühani namizəd olaraq iştirak edəcək. Üstəlik şura namizədlərin platformalarını da dinlədi və bir sıra sual doğuran məsələləri müzakirə etdi", - qeyd edib Kamran Məmmədov.
Din xadimi şeyx seçkilərinin tarixinin də Şurada qərarlaşdırıldığını açıqlayıb.
"Şeyx namizədlərinin platformalarının dinlənilməsindən sonra Ali Dini Şuramız seçkinin tarixinidə təsdiq edb. Şeyx seçkiləri 2023-cü ilin 1 dekabe tarixində keçiriləcək və yeni şeyx Ali Dini Şuramızın 21 nəfərdən ibarət olan üzvü seçəcək" , - deyə Kamran Məmmədov bildirib.
Qeyd edək ki, 1 noyabr tarixində GMİ-nin Şeyxi Hacı Ramin İgidov vəzifəsinin müddətinin başa çatdığını və növbəti dəfə namizəd olmayacağını bildirib. 5 noyabr tarixində isə Şeyx namizədlərinin kimlər olduğu Aktual.ge Xəbər Portalına məlum olub.
Şeyx namizədləri rəsmən açıqlandı