Vicdan mühakiməsində

Fələstin faciəsi genişlənincə ilk beyinlərin suali axı fələstinlilər bunca itki verəcəklərini bildikləri halda bu savaşa niyə girmələri oldu. Hər kəs birmənalı anlayır ki, illərdir Qəzzənin blokadada olması orada, kiçik ərazidə məskunlaşan insanların imkanlarını da elə yaşadıqları ərazi qədər blokadaya salıb. Belə olan halda qeyri-bərabər güclərin müharibəsinə başlamaq hansı ağıllı məntiqin məhsulu idi?
Şübhəsiz hadisənin birbaşa, düzünə forması bunu söyləməyə əsas verir ki, bu qeyri-bərabər müharibənin başladılması səhv və nəticələrin də bu qədər acınacaqlı olacağı qənaətinə gələk. Lakin bununla yanaşı bu hadisənin medianın təqdimatından kənar bir həqiqəti də var ki, bunun üçün indiki müharibənin baş verməsi son dərəəcədə zəruri hesab edilə bilər.
İlk nəzərlər Qəzzə adlanan Fələstinin bütün imkanlardan məhrum nöqtəsinə yönəlməlidir. Niyə Fələstin dövlətində Qəzzə adlanan hissə bu ölkə ilə əsla əlaqəsi olmayan İsrail istismarında blokadaya alınıb? Axı hansı məntiq bunu təsdiqləyər ki, yad bir dəstə, hərbi güc sənin ölkənin ərazisini istədiyi kimi bölərək, ölkənin istənilən bucağını mənimsəyərək orada özünə şəhərcik salır. Seçkilərdə də birmənalı səs toplayan legetim hakimiyyəti öz ərazisində, öz xalqının seçiminə baxmayaraq onu hakimiyyətə görmək istəməmək səbəbi ilə ona və o ərazidə yaşayanlara divan tutsun?! Yerli hakimiyyətin onların İsrailin bu ölkənin daxili işlərinə müdaxiləyə etiraz isə bu ərazinin qətliamı ilə müşahidə olunur ki, bunun da ən acınacaql tərəfi soyqrımın beynəlxalq təşkilatların gözü önündə baş verməsidir.
Bu soyuq seyr bu gün öldürülən fələstinliləri yüz mislini illərlə İsrail gülləsinə tuş etdi. Öz ərazisində, öz torpağında və öz xalqı tərəfindən seçilən hakimiyyətin sionizmin xoşuna gəlməmə səbəbindən neçə-neçə on illiklərdir ki, fələstin xalqı İsrail təfəindən heç bir müdaxilə olunmadan öldürülür. əlbəttə, bu sual da haqlı olaraq İsraillilərin niyə HƏMAS kimi xalq hakimiyyətini qəbul etmədən onu məhv etməyə yönəli adddımlar atması olaraq səslənə bilər. Əlbəttə, bunun acısını yaşayan biz Azərbaycanlılar kimi fələstinlilər də öz ərazilərində, onlara aid torpaqlarda məskunlaşma siyasəti apararaq torpaqlarını işğal edərək burada dövlət qurmaq istəyən Sionizmi öz ərazilərində görmək istəməmk üçün HƏMAS-ın mübarizəsi onlari İsrailin hədəfinə alındırdı. Eyni ilə bizim ərazidə işğalçılıq siyasəti aparıb torpağımızı mənimsəyib vətəndaşımızı öldürən ermənilərin davranışı kimi. Zaman fələstinlilərin bu qeyri bərabər döyüşü dünyaya göstərərək susqun vicdanlara şəxsi maraqlar deyil, insanlıq naminə hadisəyə reaksiya vermək üçün bu gün olum və ölüm mübarizəsini göstərərək öz müqəddəratını həll etməyə çalışır. İnsanlığın bu hadisəyə baxışı üçün isə sadəcə vicdanını dinləməsi yetərlidir.