Müxalif fəal işgəncələrə məruz qaldı

Daha bir müxalif fəal Reyal Zamanov dünən axşam saatlarında saxlanılıb.

Bu barədə Reyal Zamanovun atası Əli Zamanov Operativ.tv-yə məlumat verib.

O, bildirib ki, Reyal Zamanov dünən axşam saat 8 radələrində yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən saxlanılıb.

"Daha sonra öyrəndik ki, oğlum Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Oğluma fiziki və psixoloji işgəncələr verilib. Ondan siyasi fəaliyyətini dayandırması tələb olunub", - deyə Əli Zamanov diqqətə çatdırılıb.