İsraildə etirazlar səngimir

Dünən gecə Təl-Əvivin Kablan küçəsində aksiya keçirən minlərlə nəfər Qəzzədəki sionist əsirlərin azad edilmələri üçün təcili razılaşmanın imzalanması və seçkilərin keçirilməsini tələb edib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, etirazçılar həmçinin sionist rejimin nazirlər kabinetinə və bu rejimin baş naziri Benyamin Netanyahuya qarşı şüarlar veriblər.

Sionist rejimin informasiya mənbələri çərşənbə günü gecə də Netanyahunun Təl-Əvivdə yerləşən iqamətgahı qarşısında sionist əsirlərin ailələrinin aksiyalarının davam etdiyini bildirmişdilər.
Təl-Əvivin Kerya bölgəsində aksiya keçirən etirazçılar  sionist əsirlərin azad edilmələrini tələb ediblər.
Onların əllərində/ sionist rejimlə Həmas arasında əsirlər mübadiləsinin həyata keçirilməməsini pisləyən plakatlar olub.
Bu aksiyalar Təl-Əviv mənbələrinin «sionist əsirlərin azad edilmələri üzrə müzakirələr indiyədək bir nəticə verməyibdir» demələrindən sonra keçirilir.