İsrail Dəməşq aeroportuna hava zərbələri endirib, ölənlər var

İsrail Suriyanın Dəməşq beynəlxalq hava limanına hava zərbələri endirib, ölənlər var.

Operativtv.com APA-dan "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Suriyanın Dəməşq beynəlxalq hava limanına endirilən hava zərbələri nəticəsində iki suriyalı əsgər ölüb, iki əsgər yaralanıb.

Qeyd olunub ki, zərbələr zamanı hava limanına maddi ziyan dəyib və dəyən ziyan nəticəsində paytaxtın əsas beynəlxalq hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Reuters“ isə regional kəşfiyyat mənbələrinə istinadən bildirib ki, zərbələr İranın “Qüds” qüvvələri və əlaqəli silahlı qruplaşmaların nəzarətində olan məntəqəyə endirilib.