İran və Rusiya arasında yeni atom elektrik stansiyasının inşası ilə bağlı saziş imzalanıb.
Yeni “Hörmüz” adlı AES İslam Respublikasının cənubunda – Hörmüzgan əyalətində tikiləcək.
Müqavilənin dəyəri isə 25 milyard dollar təşkil edəcək.
Qeyd edilib ki, sözügedən AES 4 enerji blokundan ibarət olacaq.
Layihə üçün 500 hektarlıq ərazi ayırılıb. Hazırda mühəndis tədqiqatları aparılır, ərazinin inşaata hazırlığı üzrə bəzi işlər gedir.
Xatırladaq ki, adıçəkilən atom elektrik stansiyasınını inşasının göstərişinə 2024-cü ilin fevral ayında mərhum Prezident Seyid İbrahim Rəisi vermişdi. İran Atom Enerjisi Təşkilatı bildirmişdi ki, bu AES-in ümumi gücü 5 min MVt olacaq.
İran tərəfindən vurğulanıb ki, bu layihə İranın atom sahəsinin inkişafı strategiyasında yazılmış məqsədlərə çatmaq istiqamətində atılan ən mühüm addımlardan biri olacaq.
İran və Rusiya arasında 25 milyard dollarlıq saziş imzalanıb