İran Azərbaycandan keçəcək dəmir yolu xəttini istifadəyə verdi

Xəzər dənizinin cənub sahilində yerləşən İranın Gilan vilayətində Rəşt-Xəzər dəmir yolu xətti istifadəyə verilib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. 

Sözügedən hissə Azərbaycandan keçərək Rusiyaya qədər uzanan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir.

İranın şimalındakı Rəşt şəhərindən Xəzər limanına qədər olan hissə Rəşt-Astara dəmir yolunun tikintisinin ilkin mərhələsidir. Gələcəkdə Xəzər limanından İranın şimal-qərbindəki Astara şəhərinə qədər olan yolların növbəti hissəsinin tikintisi planlaşdırılır.