Əli Kərimli və Məmməd İbrahimin məhkəmə iclası baş tutub
Bu gün AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü, Ali Məclisin katibi Məmməd İbrahimin məhkəmə prosesi başlanıb. Proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir.
Ə.Kərimli və M.İbrahimə qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Gözlənildiyi kimi, məhkəməni sırf siyasi səbəblərlə və sifarişlə qapalı keçirilməyə qərar verilib.













