Husilər Ədən hava limanına və prezident sarayına zərbələr endirib
Yəmənin Ənsarullah hərəkatının husiləri ölkənin müvəqqəti paytaxtı Ədən şəhərindəki beynəlxalq hava limanına və Əl-Maaşiq prezident sarayına ballistik raketlərlə hücum edib.
Bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, polkovnik Macid ən-Nuzeyli "X" sosial şəbəkəsində məlumat yayıb.













