28 October 2026
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Çiliyə uduzdu
Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında növbəti oyununu keçirib.
Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun 1/16 final mərhələsində Çili yığması ilə üz-üzə gəlib. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli komandamız növbəti görüşdə Cəbəllütariq yığmasını sınağa çəkəcək.
Ayətullah Bəşir Nəcəfi “Əyyami Fatimiyyə” yürüşünə qatılıb
Hz Muhəmmədin (s) qızı Xanım Zəhranın (s.ə.) şəhadət gülərini əhatə edən bu tarixi dönəm İslam dünyasında Aşuradan sonra ən geniş həcmdə qeyd edilən retualdır. Xanım Fatimənin (s.ə.) atasının vəfatından sonra yaşadığı məşəqqətləri özündə ehtiva edən tarix “Əyyami Fatimiyyə” –Fatimə günləri olaraq tarixdə həkk olunur.
Belqradda İsrail səfirliyinin əməkdaşına bıçaqla hücum edən yeniyetmə güllələnib
Bıçaqlı şəxs İsrailin Serbiyadakı səfirliyinin yaxınlığında təhlükəsizlik əməkdaşına hücum edib.
İsrail mediasının xəbərinə görə, hücumu törədən yetkinlik yaşına çatmayan şəxs zərərsizləşdirilib, onun şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.
Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirib ki, hakimiyyət baş verənləri terror aktı kimi qiymətləndirir.
IDI hesabat yayıb: “Toplum TV işi” üzrə məhkəmə prosesi ciddi ədalətsizliklərlə müşayiət olunub
Demokratik Təşəbbüslər İnstitutu (IDI) “Toplum işi: sistemli repressiyalar şəraitində ədalətsizlik” adlı hesabat dərc edib.
İnstitutun oktyabrın 27-də yaydığı press-relizdə bildirilib ki, hesabat IDI-ın məzun və ekspert şəbəkəsi tərəfindən hazırlanıb, “Toplum TV işi” üzrə məhkəmə prosesləri monitorinq edilib.
Erkən saatlarda həbsdən azad edilən inanclı günün ikinci yarısında evinə gələ bilib
Həbsdən azad edilən Süleyman Ələkbərovun bir neçə saat harada olması ilə bağlı ailəsi heç bir xəbər öyrənə bilməyib. 27 oktyabr 2026-cı il tarixində həbs müddəti başa çatmış inanclı saat 07:10 radələrində cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Lakin elə buraxılandan bir neçə dəqiqə sonra o, naməlum şəxslər tərəfindən saxlanılıb. Baş verənləri anlamayan ailəsi bu barədə hüquq-mühafizə orqanlarına məlumat verdsə də, Süleyman barəsində heç bir məlumat ala bilməyiblər. Hətta qardaşı məlum hadisə barəsində paylaşım da edib.













