Netanyahunun Türkiyə ilə bağlı növbəti bəyanatı!
İsrail Baş naziri Netanyahu canlı yayımda Türkiyə və Suriya ilə münasibətlərdən danışıb. O, Suriyanın işğalını "təhlükəsizlik zonası" adlandırıb.
İsrail Baş naziri Binyamin Netanyahu canlı yayımda Türkiyə və Suriya ilə münasibətlərdən danışıb. Netanyahu Türkiyə ilə birbaşa münaqişə axtarmadığını iddia edib. Bununla belə, o, ölkəsinin hərbi imkanlarını daim təkmilləşdirməli olduğunu iddia edib.













