25 August 2026

Moskva İrəvanı KTMT-dən kənarda qoydu: Ermənistanla hərbi əməkdaşlıq dayandırıldı

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti üzrə hərbi və hərbi-texniki əməkdaşlığın hazırda həyata keçirilmədiyini açıqlayıb.

Rusiya XİN-in MDB ölkələri üzrə Birinci departamentinin direktoru Mikael Ağasandyan Ermənistanla KTMT çərçivəsində hərbi, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyətin dayandırıldığını bildirib.

AİHM Türkiyəni beş maddə üzrə məhkum edərək Kavalanı azadlığa buraxmağı tələb etdi

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası çərşənbə axşamı Strasburqda Osman Kavalanın ikinci ərizəsi ilə bağlı qərarını açıqladı. Məhkəmə Türkiyəni Avropa İnsan Hüquqları Konvensiyasının beş ayrı maddəsini pozmaqda məhkum edib.

Qərarlar 15-ə qarşı 2 səslə qəbul edildi. Müxalif hakimlər Türkiyədən seçilmiş Faris Vehaboviç və Səadət Yüksel idi.

Məhbus Alim Yusifov aylardır ailəsi ilə görüntülü danışıq hüququndan məhrum edilib

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan inanclı məhbus Alim Yusifovun ailəsi onun aylardır ailə üzvləri və övladları ilə görüntülü danışıq imkanından məhrum edildiyini bildirir.

Ailənin sözlərinə görə, Şəmkirdən Bakıya mütəmadi səfər etmək imkanları olmadığından, heç olmasa görüntülü danışıq vasitəsilə uşaqların atalarını görməsini istəyirlər. Lakin ailə iddia edir ki, müəssisə rəhbərliyi Alim Yusifova bu imkanı vermir.

İsrail Qüdsdə məzun gününə müdaxilə edib, saxlanılanlar var

Qüds Valiliyinin yazılı açıqlamasına görə, İsrail qüvvələri Əl-Əqsa Məscidi yaxınlığındakı Məmlük dövrünə aid tarixi bina olan Tənkəz Xana basqın edərək Qüds Universiteti tələbələrinin məzun gününün keçirilməsinə mane olub.

İsrail əsgərləri Qüds Universitetinin Qüds Araşdırmaları Mərkəzinin direktoru və Qüds Turizm Assosiasiyasının rəhbəri də daxil olmaqla dörd nəfəri saxlayıb.

Gürcüstanda Ukrayna səfirliyi qarşısında aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb

Ukraynanın Gürcüstandakı səfirliyi qarşısında Ukraynaya dəstək aksiyası keçirilib. Aksiya zamanı iştirakçılarla polis əməkdaşları arasında qarşıdurma yaşanıb.

İştirakçılar yolun hərəkət hissəsinə çıxaraq Ukrayna bayrağını açmaq istəyiblər. Lakin polis onların yola çıxmasına icazə verməyib.

Avropa çempionatı: Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb

Azərbaycanın voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb.

Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunun III turunda Rumıniya ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib - 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8).

Hillari Klinton: ABŞ silah çatışmazlığı səbəbindən çətin vəziyyətdədir

ABŞ İranla münaqişə zamanı həddindən artıq çox silah sərf edib ki, bu da Vaşinqtonu çətin vəziyyətə salıb.

Bu barədə ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton Hemptons İnstitutunda keçirilən tədbirdə bildirib.

O deyib: "Biz İranda çoxlu sursat sərf etmişik və şübhəsiz ki, Fars körfəzindəki müttəfiqlərimizə çoxlu sursat göndərmişik. Buna görə də çətin vəziyyətdəyik, çünki gözlənilməz təhdidlərə adekvat cavab verə bilmirik. Özümüzü dərin çuxura salmışıq".

10 saylı CÇM-də döyülən məhkum aclıq aksiyasına başlayıb

10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Sərxan Quliyevin məruz qaldığı zorakılığa və telefon danışıqlarının məhdudlaşdırılmasına etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir.

"Abzas Media"nın əldə etdiyi məlumata görə, Quliyev aclıq aksiyası ilə ona qarşı zorakılığın dayandırılmasını, həmçinin digər məhkumlarla üz-üzə qoyulmasına son verilməsini tələb edir.

Ukraynanın Zaporojye və Xarkov şəhərlərinə zərbələr endirilib, ölənlər var

Rusiya qüvvələri avqustun 25-nə keçən gecə Ukraynanın Zaporojye və Xarkov şəhərlərinə zərbələr endirib.

"Unian" xəbər verir ki, Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorovun məlumatına görə, PUA hücumu nəticəsində qeyri-yaşayış binalarında yanğın baş verib. Daha sonra şəhərə idarəolunan aviasiya bombası ilə zərbə endirildiyi və nəticədə iki nəfərin öldüyü bildirilib.

Vaşinqton Çin, Rusiya və Hindistanla üz-üzə qala bilər

ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi Tehranla məhdudlaşmayaraq onun əsas ticarət tərəfdaşlarına da yönələrsə, Vaşinqton Çin, Rusiya, Hindistan və digər böyük iqtisadiyyatlarla daha geniş qarşıdurmaya sürüklənə bilər.

Tramp administrasiyası İrana qarşı “misli görünməmiş iqtisadi müharibə” siyasətini genişləndirmək qərarına gəlib və İranla ticarət edən ölkələri seçim qarşısında qoymaq niyyətindədir.