17 August 2026

İsrailin milli təhlükəsizlik naziri fələstinlilərin hamısının öldürülməli olduğunu deyib

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzada yaşayan fələstinlilərin öldürülməsinə açıq çağırış edib.

O, bunu avqustun 16-da yayımlanan, Qəzzada əsirlikdə olmuş Rom Braslavskinin apardığı podkastda deyib.

Ben-Qvir İsrail qüvvələrinin Qəzzada hər gecə “30-40 nəfəri öldürməli” olduğunu bildirib və əlavə edib ki, onlar özlərini sadəcə “həmin anda təhlükə yaradanlarla” məhdudlaşdırmamalıdır.

Bu bir zamanlar polis idarələrində Allahın söyülməsi müəmmasından fərqlidir

Ölkə üçün ən müqəddəs dəyər Allah və onu hədəfə alaraq təkcə inkar deyil, hətta təhqirə belə hədəf edənlər... Mənzərə sözün həqiqi mənasında ürəkağrıdandır. Doğurdanmı biz belə bir enişə yuvarlandıq ki, Allahın təhqir olunması ölkədə bu qədər rahat və məqbul sayıldı? Elə məsələ də burasındadır ki, susqun və seyirçi olmaq bu məsələdə razılıq əlaməti olaraq ortaya bu mənzərəni qoyur.

Yəmən Səudiyyə Ərəbistanına bağlı qüvvələri Əl-Moxa və Məribdə hədəfə alıb

Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanına bağlı qüvvələrə qarşı hücumlarını davam etdirərək, onların hərbi mövqelərini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.

Yəmənin «Səba» xəbər agentliyi hərbi mənbəyə istinadən bildirib ki, Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının Əl-Moxa bölgəsində və Mərib vilayətindəki hərbi mövqelərini bir neçə ballistik raket və PUA ilə hədəfə alıb.

İran Liderinin yeni təyinatları ölkənin uzun müddətli müharibəyə hazırlaşdığını göstərir

Amerikanın Foreign Policy nəşri Ali Liderin yeni hərbi komandirlərin təyinatı ilə bağlı aşağıdakıları yazıb: “Təyinatlar çəkindirməni gücləndirmək üçün hücum əməliyyatlarına daha çox diqqət yetirildiyini, daha ağır qiymət ödənildiyini və hərbi, iqtisadi, diplomatik və daxili təhlükəsizlik siyasətlərinin daha dəqiq inteqrasiyasını göstərir.”

Ermənistan tərəfinin iddiaların əksinə olaraq İran, TRIPP məsələsindən nəinki narazıdır, hətta…

Ermənistan tərəfinin iddialarının əksinə olaraq İran, TRIPP məsələsində Ermənistanla ilkin razılıq əldə edilməyib. Bu barədə İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının müşaviri general-mayor Rəhim Səfəvi bildirib.

Bundan əlavə, o, tərəflər arasında "nə real anlaşma, nə də ortaq dil" olduğunu və İranın Ermənistana açıq şəkildə qırmızı xətlərini göstərdiyini vurğulayıb.

Pakistandan Əfqanıstana 700-dən çox yük maşını ilə humanitar yardım göndərilib

Pakistanla Əfqanıstan arasında quru sərhədin demək olar ki, tamamilə bağlı olmasına baxmayaraq, Pakistandan Əfqanıstana beynəlxalq humanitar yardım daşıyan 700-dən çox yük maşını daxil olub.

Bu barədə bazar günü BMT məlumat yayıb.

BMT-nin Əfqanıstanda Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin sözçüsü Olqa Çerevko bildirib ki, karvan “ərzaq və həyati əhəmiyyətli humanitar ləvazimatlar” daşıyıb.