18 July 2026

KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ABŞ və İsraillə hərbi münaqişə davam etdiyi müddətdə ictimaiyyət qarşısına çıxmayacaq.

Mənbənin sözlərinə görə, Xamenei təhlükəsizlik səbəbi ilə yaxın gələcəkdə ictimaiyyət qarşısına çıxmayacaq.

“Hökumət vəziyyətin normallaşmasını gözləyir. O, bundan sonra ictimaiyyət qarşısına çıxacaq”, - mənbə deyib.

Ayətullah Nuri Həmədaninin dəftərxanasında anım mərasimi keçirilib

Böyük təqlid müctəhidlərindən olan Ayətullah Nuri Həmədaninin dəftərxanasında şəhid lider, böyük təqlid müctəhidi şəhid Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib.

Mərasimə tanınmış din xadimləri, ictimaiyyət nümayəndələri və inanclılar gəliblər.

Tədbirdə böyük təqlid müctəhidi Ayətullah Seyid Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Cavad Şəhristani də iştirak edib.

İsrail Cənubi Livana yeni zərbələr endirdi

Sionist rejim ordusu şənbə günü səhər saatlarında Cənubi Livandakı Mənsuri qəsəbəsinə hava hücumları həyata keçirib.

Məlumata görə, qəsəbənin Büyut əs-Səyyad fermasına bitişik məhəllələri istiqamətində havadan idarəolunan raketlər buraxılıb.

Bununla yanaşı, işğalçı İsrail qüvvələrinin Nəbətiyyə bölgəsinə bağlı Kəfrətəbnit qəsəbəsində partlayış həyata keçirdiyi bildirilib.

Fələstin tərəfdarlarının Londonun mərkəzində izdihamlı yürüşü baş tutub

Bu gün (şənbə) minlərlə Fələstin tərəfdarı Britaniyada hakimiyyətin təhvil verilməsi ilə eyni vaxta təsadüf edən, ABŞ-nin İrana qarşı yeni təcavüz dalğasına etiraz və İsrail rejiminin Qəzzada davam etdirdiyi cinayətlərə qarşı etiraz əlaməti olaraq Londonun mərkəzində yürüş keçiriblər.

İran Sünni İmamı: Biz canımız bahasına İranı qorumaq üçün ayaqdayıq

“İran xalqını iki qrupa bölmək düzgün deyil: “cənubda olanlar” və “cənubdan olmayanlar”. İran xalqı vahid bir millətdir.”

Hormozqan əyalətinin sünni cümə imamı Hormozqanda infrastruktura edilən hücumların müharibə cinayəti olduğunu bildirərək əlavə edib: “İrandakı sünnilər iranlı olmaqdan qürur duyurlar və canları bahasına ölkəni qorumaq üçün ayağa qalxırlar.”

İran ordusu İordaniya və Küveytdəki ABŞ bazalarını PUA-larla vurduğunu açıqladı

İran ordusu şənbə günü yaydığı açıqlamada “Səiqə” əməliyyatının 14-cü mərhələsi çərçivəsində İordaniya və Küveytdə yerləşən ABŞ-a məxsus hərbi baza və strateji obyektlərə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.

Ordunun İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, Küveytdə yerləşən Əl-Ədiri düşərgəsindəki sursat anbarı, Əli əl-Salim aviabazasındakı qərargah binaları, sursat anbarları və bir neçə rabitə körpüsü kamikadze pilotsuz uçuş aparatları ilə vurulub.

KİV: İran Səudiyyə Ərəbistanındakı ABŞ bazasına ballistik raket atıb

İranın Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazasına ballistik raket atıb.

Bu barədə "Axios" portalının jurnalisti Barak Ravid ABŞ administrasiyasının nümayəndəsinə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, bu, İranın təxminən son dörd ay ərzində Səudiyyə Ərəbistanı ərazisinə endirdiyi ilk birbaşa zərbədir.

FİFA kütləvi etirazlardan sonra qərar dəyişdirdi

FİFA futbol dünyasında müzakirələrə səbəb olan yeni qərarını rəsmən təsdiqləyib.

Verilən rəsmi açıqlamaya görə, Dünya Kubokunun final matçında fasilə müddəti ümumilikdə 17 dəqiqə çəkəcək. ​Zamanın idarə olunması daxili qrafiklə növbəti şəkildə müəyyən edilib:

​11 dəqiqə musiqi şousu: Finalın fasiləsində baş tutacaq musiqili performanslar tam olaraq 11 dəqiqə davam edəcək.