Qəzzada ölənlərin sayı artır!

7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında işğalçı ordusu tərəfindən davam edən soyqırımda şəhid olanların sayı 73.233-ə çatıb.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin yazılı açıqlamasında işğalçı rejimin Qəzza zolağına hücumları ilə bağlı son məlumatlar paylaşılıb.

Bəyanatda son 24 saat ərzində xəstəxanalara 2 yeni cəsəd və 21 yaralı şəxsin gətirildiyi bildirilib.

Qeyd edilib ki, 11 oktyabrda atəşkəs qüvvəyə mindikdən bəri hücumlarda şəhid olanların sayı 1110-a, yaralıların sayı 3599-a, dağıntılar altından çıxarılan cəsədlərin sayı isə 800-ə çatıb.