Xalıq akademik Calal Əliyevi unutmağa başlayanda Mirşahin Ağayev mütləq elə bir fikir sərgiləməlidir ki, hər şey geriyə qayıtsın. Bu dəfə də Real Tv başçısı heç bir peşə qaydalarına sığmayan növbəti məntiqsiz fikir sərgiləyib. Həqiqətdə öz gözündə tükü görməli olduğu halda özgəsinin gözündə tir axtaran Mirşahinin növbəti hədəfi televiziyani izləməyənlər olub.
Mirşahin Ağayev qonaq olduğu Media Masası verilişində "mən televizora baxmıram" deyənləri kəskin tənqid edib. O, televizor izləmədiyini söyləməyi diş yumaq və ya çimmək kimi əsas gigiyenik vərdişlərdən imtina etməyə bənzədərək, bunu bir növ ədəbsizlik və tərbiyəsizlik kimi qəbul etdiyini bildirib.
Şübhəsiz, Mirşahinin narahatlıq səbəbi bəllidir, onlara baxan yoxdur və ya vardısa da çox azdır. Bu günlərdə Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun qəbul da eyni mexanizmə xidmət edir. Hakimiyyətin təsiri altında, diktəsi ilə idarə edilən TV-lərə deyil, müstəqil, daha azad fikirlər söyləyən kanallara baxış tərəflərin narahatlıqlarını durmadan artırır. Hal-hazırda qəbul edilən qanun güya söyüş söyən saytların bloklanması, internet resurslarına qadağanı nəzərdə tutduğunu söyləsə də, məqsəd gün kimi aydındır.
Məsələnin Mirşahin tərəfinə gəlincə isə tərbiyəsizlik ifadəsinin qısa və net cavab bəllidir. Xalq tərbiyəsizin kimliyini müəyyən edib və ona baxmır. Onun mənəvi zədələrini, alçaldıcı fikirlərini, dini inancına qarşı hədyan çıxışlarını eşitmək istəmir. Medianı bu vəziyyətə salanların tərbiyəsizlik siması bu millətin sadəcə onlara “yox” deməsi ilə nəticələnib.
Təəssüf ki, bunu Mirşahin də bilir və anlayır. Lakin etiraf edə bilmir ki, bunun da səbəbi bəllidir.
Mirşahin bu addımı ilə etiraf edir ki, onlar izlənilmir