İmamcümə siyasətçilər tərəfindən dini dəyərlərlə bağlı səsləndirilən fikirlərə kəskin münasibət bildirib
Marneuli İmam Əli (ə) Məscidinin axundu və imamcümələrindən biri Hacı Hacıyev cümə xütbəsində son dövrlər sosial şəbəkələrdə və bəzi siyasətçilərin çıxışlarında dini şəxsiyyətlər və dini dəyərlərlə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Din xadimi çıxışında seçki dövrlərində siyasi qüvvələrin dini inanclardan istifadə etdiyini, lakin sonradan bəzi siyasətçilərin həmin dəyərlərə hörmətsiz yanaşdığını bildirib.













