12 June 2026

Dünya çempionatlarının tarixinə düşdü

Meksika millisinin futbolçusu Hilberto Mora tarixi nailiyyətə imza atıb.

FIFA-nın rəsmi saytı xəbər verir ki, o, ötən gün Cənubi Afrika Respublikasına qarşı keçirilmiş açılış matçında meydana çıxmaqla, dünya çempionatlarının final mərhələsində oynayan ən gənc altıncı futbolçu olub.

Bununla da 17 yaşlı yarımmüdafiəçi dünya futbolunun ən mötəbər turnirində adını rekordçular sırasına yazdırıb.

İraq Nücəba Hərəkatı: Müqavimət silahlarını qorumaq bir zərurətdir

İraq İslam Müqavimət Hərəkatının İcra Şurasının rəhbəri Şeyx Nazim əs-Səidi bir mesajda müqavimət silahlarını qorumağın seçim deyil, zərurət olduğunu vurğulayıb.

X sosial media platformasında paylaşım edən Səidi, müqavimət silahlarının insanların həyatını əməkdaşlıq və xəyanət təhlükəsindən qoruyan və bəlli faciələrin baş verməsinin qarşısını alan bir zəmanət olduğunu bildirib.

HƏMAS 15 bəndlik yol xəritəsinə cavab verdi

HƏMAS vasitəçilərin təqdim etdiyi 15 bəndlik yol xəritəsinə cavab olaraq Qəzza administrasiyasının İnzibati Komitəyə verilməsini, polis qüvvələrinin inteqrasiyasını və İsrailin geri çəkilməsi ilə eyni vaxtda mərhələli silah inventarlaşdırma prosesini qəbul etdiyini bildirib.

HƏMAS vasitəçilərin təqdim etdiyi Qəzza zolağında İsrail təcavüzünə son qoymaq məqsədi daşıyan 15 bəndlik yol xəritəsinə cavabını çatdırıb.

Dünya Bankı Yaxın Şərqdəki eskalasiya səbəbindən iqtisadiyyatın artım proqnozunu azaldıb

Dünya Bankı Yaxın Şərqdəki müharibə ilə əlaqədar bu il üçün qlobal iqtisadiyyatın artım proqnozunu 2,5 %-ə qədər azaldıb.

Bu, Dünya Bankının "Dünya iqtisadiyyatının perspektivləri" (Global Economic Prospects) adlı yarımillik hesabatında bildirilib.

Qeyd olunub ki, əgər enerji təchizatındakı fasilələr daha ciddi xarakter alarsa, artım 1,3 %-ə qədər yavaşlaya bilər.

Bosniya və Herseqovinadakı Quran məktəblərində il sonu proqramı keçirildi

Proqram şəhərin Dini İşlər Şurasının səyləri sayəsində keçirilib və Bosniya və Herseqovinadakı müsəlman icmasının dini təhsilə verdiyi əhəmiyyəti əks etdirir.

Tədbirdə Quran təhsilinin üçüncü səviyyəsindən təxminən 500 kişi və qadın tələbə iştirak, onların təhsilinə nəzarət edən 79 müəllim də iştirak edib.

“Axios” ABŞ-İran razılaşmasının detallarını açıqlayıb

ABŞ və İran ilkin razılaşma layihəsinin mətnini razılaşdırıb.

“Axios” nəşrinin məlumatına görə, yaxın günlərdə imzalana biləcək qarşılıqlı anlaşma memorandumunun layihəsinə əsasən, Hörmüz boğazının dərhal açılması, İrana qarşı sanksiyaların yumşaldılması, Livan da daxil olmaqla atəşkəs rejiminin 60 gün uzadılması nəzərdə tutulur.

Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar arasında rəis də var

Baş Prokurorluğun İstintaq idarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb.  Füzuli Beynəlxalq Hava Limanı Gömrük Postunun rəisi Şamil İbadovun da yer aldığı şəxslər sırasında iki xanım əməkdaşın da olduğu bildirilir.

İlkin məlumata görə, saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb.

DÇ-2026: Cənubi Koreya Çexiyanı məğlub edib

Futbol üzrə 2026-cı il dünya çempionatının A qrupunda Cənubi Koreya millisi Çexiya yığması üzərində 2:1 hesablı qələbə qazanıb.

Görüşdə hesabı 59-cu dəqiqədə Çexiya millisinin futbolçusu Ladislav Kreyçi açıb.

Cənubi Koreya isə geri dönüş etməyi bacarıb. Komandanın qollarını 67-ci dəqiqədə Hvan İn Bom və 80-ci dəqiqədə O Hyon Gyu vurublar.

Bu nəticə ilə Cənubi Koreya qrup mərhələsində vacib qələbə əldə edib.