Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində azı 3 nəfər ölüb
Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində azı 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Zaporojye Vilayət Prokurorluğunun məlumatına görə, Balabino qəsəbəsində idarə olunan aviasiya bombalarının (KAB) ictimai nəqliyyat dayanacağı yaxınlığına düşməsi nəticəsində ilkin olaraq 2 nəfərin öldüyü, azı 4 nəfərin yaralandığı bildirilirdi.













