22 May 2026

Özgür Özel vəzifəsindən uzaqlaşdırıldı, Kılıçdaroğlu yenidən CHP sədri oldu

Özgür Özelin sədr seçildiyi 2023-cü il CHP qurultayının ləğvi üçün açılan iddiada "tamamilə etibarsızlıq" qərarı verilib.

Ankara Regional Apelyasiya Məhkəməsinin (BAM) 36-cı Mülki İşlər Kollegiyası CHP qurultayı işində Özgür Özel və partiya rəhbərliyinin müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılması və Kamal Kılıçdaroğlu və rəhbərliyinin vəzifələrini icra etməsi barədə də qərar çıxarıb.

Məhkəmə CHP-nin 38-ci qurultayını ləğv edib.

Paşa Aslan Avropa çempionu oldu

Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycan güləşi növbəti böyük uğura imza atıb. Musavat.com xəbər verir ki, Yunan-Roma güləşi üzrə 44 kq çəki dərəcəsində mübarizə aparan Paşa Aslan final görüşündə Ermənistan təmsilçisi Paşa Xudoyanı 4:1 hesabı ilə məğlub edərək Avropa çempionu adına layiq görülüb.

Hizbullah və “Əməl” ABŞ sanksiyalarını siyasi təzyiq adlandırdı

Hizbullah ABŞ-ın partiya və “Əməl” hərəkatına bağlı deputatlar, rəsmilər və Livan təhlükəsizlik zabitlərinə qarşı tətbiq etdiyi sanksiyaları “Amerikanın qorxutma siyasəti” adlandırıb.

Partiyanın yaydığı bəyanatda bildirilib ki, bu addım İsrailin təcavüzünü siyasi baxımdan dəstəkləmək və livanlıların müqavimət hüququndan imtina etməsinə nail olmaq məqsədi daşıyır.

Gürcü nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin dəyərini yüksəldəcək

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti daha bir vacib nəqliyyat qovşağı olaraq Orta Dəhlizin dəyərini yüksəldəcək".

Bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili "İmedi" telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan tərəfi layihənin mümkün qədər tez həyata keçirilməsində maraqlı olub.

Nazim Bəydəmirlinin başqa cəzaçəkmə müəssisəsinə köçürüldüyü bildirilib

Həbsdə olan iqtisadçı alim və keçmiş deputat Nazim Bəydəmirlinin cəza çəkdiyi müəssisənin dəyişdirildiyi bildirilir.

Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli “Azadlıq Radiosu”na məlumat verib. O bildirib ki, Nazim Bəydəmirli mayın 19-da 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.