11 May 2026

Ruhanilərin həbsi cəmiyyətdə yalnız narazılığın və gərginliyin artmasına səbəb olacaq

Bəhreynli mübariz din xadimi Şeyx Abdullah Əd-Dəqqaq, Ali-Xəlifə rejimi tərəfindən din alimlərinin həbs olunmasını qəti şəkildə pisləyib. O, vurğulayıb ki, dini azadlıqların məhdudlaşdırılması siyasətinin və dini-fikri şəxsiyyətlərə qarşı təzyiqlərin davam etdirilməsi cəmiyyətdə yalnız narazılığın və gərginliyin artmasına səbəb olacaq.

Şeyx, həmçinin dini və siyasi baxışlarına görə həbs edilən bütün alimlərin və şəxslərin dərhal və qeyd-şərtsiz azad olunmasına çağırış edib.

Hizbullah Dəmir Qübbəni havadan vurub

Hizbullah İsrail ordusunun atəşkəsi pozmasına cavab olaraq Dəmir Qübbə batareyalarını, Meron hava bazasını və hərbi buldozerləri hədəf alan əməliyyatlar həyata keçirib.

Livan müqavimət təşkilatı Hizbullahın hərbi mediası İsrail işğal ordusunun strateji müdafiə və komandanlıq mərkəzlərini hədəf alan son əməliyyatların tənqidi görüntülərini paylaşıb.

İran dronu ABŞ gəmisini vurdu

ABŞ-nin Safesea Group nəqliyyat şirkətinə məxsus Neha adlı kommersiya gəmisi Fars körfəzində İran pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Fox News telekanalının məlumatına görə, dronlardan biri gəmiyə dəyib, digəri isə hədəfi vura bilməyib. Hücum zamanı gəmi yük daşımırmış və Doha yaxınlığında lövbərdə dayanıbmış.

Bildirilir ki, gəmidə 23 dənizçi olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Barselona" çempion oldu

İspaniya La Liqasının 35-ci turunda "El Klasiko" baş tutub.

“Barselona” evdə “Real Madrid”i qəbul edib.

Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Ferran Torres və Markus Reşford vurublar.

Xallarını 91-ə çatdıran "Barselona" mövsümün bitməsinə 3 tur qalmış çempionluğu təmin edib.

Netanyahu Hörmüz boğazı ilə bağlı vəziyyətin düzgün qiymətləndirilmədiyini etiraf edib

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ və İsrail İranla müharibəyə başlamazdan əvvəl Hörmüz boğazındakı vəziyyətin mümkün nəticələrini tam qiymətləndirə bilməyib.

O, bu barədə "CBS News" telekanalına müsahibəsində danışıb.

Netanyahu qeyd edib ki, döyüşlər zamanı Hörmüz boğazı probleminin nə qədər ciddi olduğu daha aydın başa düşülüb.