14 March 2026

Şeyx Nəim Qasim: Müqavimət uzun sürən müharibəyə hazırdır

Hizbullah liderindən Qüds Günü çıxışı

Hizbullahın baş katibi Şeyx Nəim Qasim Qüds Günü münasibətilə etdiyi çıxışda Livanda davam edən qarşıdurmanı İsrailin hücumlarına qarşı qanuni müdafiə kimi qiymətləndirib.

O bildirib ki, hazırda baş verən qarşıdurma region üçün mövcudluq xarakteri daşıyan mübarizədir və İsrailin hərbi siyasəti bölgə üçün ciddi təhlükə yaradır.

Mirtağı Əsədov Tbilisidə dağıdılmış məscidin bərpasına çağırış edib

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov martın 10-da Tbilisidə keçirilən iftar mərasimində Baş nazir İrakli Kobaxidzenin səsləndirdiyi fikirlərə münasibət bildirib.

 O, sosial şəbəkə hesabında yaydığı bəyanatda qeyd edib ki, Tbilisidəki Cümə məscidində sünni və şiə müsəlmanlarının eyni məsciddə birlikdə ibadət etməsi yalnız tolerantlığın göstəricisi deyil, həm də məcburi zərurətin nəticəsidir.

Ayətullah Sistaninin dəftərxanasında Ayətullah Xameneinin anım mərasimi keçirilib

Böyük təqlid müctəhidi Ayətullah Sistaninin dəftərxanasında İranın şəhid ali rəhbəri Ayətullah Xameneinin anım mərasimi keçirilib.

Mərasimdə Ayətullah Sistaninin tam səlahiyyətli nümayəndəsi Ayətullah Şəhristani, din alimləri, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib.

Türkiyə gəmisi Hörmüzdən İranın icazəsi ilə keçdi

Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu İranın bir türk yük gəmisinə Hörmüz boğazından keçməyə icazə verdiyini açıqlayıb.

Nazirin sözlərinə görə, “Rosana” adlı yük gəmisi İranın rəsmi icazəsi ilə boğazdan keçərək bölgədən çıxıb. Bu gəmi hazırda Fars körfəzində olan 15 türk gəmisindən biridir.

Uraloğlu bildirib ki, gəminin keçidi İran hakimiyyət orqanları ilə aparılan koordinasiya nəticəsində mümkün olub.

Yəməndə Qüds Günü milyonluq yürüş keçirildi

Yəmənin müxtəlif şəhərlərində və meydanlarında Qüds Günü münasibətilə genişmiqyaslı yürüşlər təşkil olunub. Məlumata görə, ölkənin bir çox bölgəsində keçirilən aksiyalarda çoxsaylı insan iştirak edib.

Yürüşlər Ramazan ayının son cümə günü keçirilən ənənəvi Qüds Günü tədbirləri çərçivəsində baş tutub. Aksiyalar zamanı iştirakçılar Fələstin xalqına dəstək ifadə ediblər.

Papa Leo: “Müharibələrə başlayan xristian liderləri günahlarını etiraf etməlidirlər”

Reutersin xəbərinə görə, Papa Leo cümə günü: Müharibələrə başlayan siyasi xristian liderləri İsanın təlimlərinə əməl edib-etmədiklərini qiymətləndirib etiraf etməlidirlər-deyib.

Dünyadakı katoliklərin lideri bu açıqlamanı heç bir liderin və ya münaqişənin adını çəkmədən verib.

“Silahlı münaqişələrdə ağır məsuliyyət daşıyan xristianlar vicdanlarını ciddi şəkildə sorğulamaq və günahlarını etiraf etmək üçün təvazökarlığa və cəsarətə malikdirlərmi?”

Ülvi Həsənli: "Polisdə soruşdular ki, niyə Qarabağın azad olunmağından yox, oradakı korrupsiyadan yazırıq"

Martın 13-də Ali Məhkəmədə “Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənlinin kassasiya şikayətinə baxılıb.

"Abzas Media"nın xəbərinə görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxsin vəkili Fəxrəddin Mehdiyev çıxış edib. Vəkil deyib ki, istintaq materiallarında çoxsaylı prosessual pozuntular var.

Formula 1 Çin Qran-Prisində qalib məlum oldu

Britaniyalı pilot Corc Rassel Formula 1 üzrə 2026-cı il dünya çempionatının ikinci mərhələsi olan Çin Qran-Prisinin sprint yarışının qalibi olub.

Şanxayda keçirilən yarışda “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler ikinci, britaniyalı pilot Luis Hemilton isə üçüncü yeri tutub.

Qeyd edək ki, Çin Qran-Prisi mövsümdə sprint formatının tətbiq olunduğu altı mərhələdən biridir.

İran ABŞ hərbi hava bazasını vurdu

İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasına endirdiyi raket zərbəsi nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beş yanacaqdoldurma təyyarəsi zədələnib.  

"Wall Street Journal" qəzeti xəbər verir ki, hadisə nəticəsində təyyarələr zədələnib, lakin tam məhv edilməyib və hazırda təmir olunur. Zərbələrdə itki yoxdur.