27 November 2025

Sudanda 21,2 milyon insan aclıq təhlükəsi ilə üz-üzə

BMT: Sudanda aclıq kritik həddə çatıb

Birləşmiş Millətlər Təşkilatı Sudanla bağlı son açıqlamasında ölkədə üç ilə yaxın davam edən silahlı toqquşmaların ağır nəticələrinə diqqət çəkib. BMT-nin paylaşımına görə, ordu ilə Sürətli Dəstək Qüvvələri (HDQ) arasında gedən döyüşlər 21,2 milyon insanı şiddətli aclıqla üz-üzə qoyub. Açıqlamada iki bölgədə qıtlığın artıq rəsmi şəkildə təsdiqləndiyi bildirilib.

 

İsrailin Qəzzada iPhone telefonları buraxaraq təbliğatı şübhəli və ziddiyyətli məqamları ortaya çıxarır

Çadırlar və tibbi ləvazimatların Qəzzaya girişi hələ də qadağan edilərkən, Azərbaycan medialarında da geniş tirajlanan son həftələrdə Qəzzada iPhone telefonlarla verilən icazə təsadüf sayıla bilməz. İlk öncə buna görə ki, qəzzalılar qida ehtiyacı altında lüks modelli telefonlarla təminatı İsrailin bu əraziləri ciddi nəzarət altında saxladığı halda əraziyə son model telefonunun keçirilməsinə şərait yaratması Qəzza xalqına sevgidən əsla qaynaqlana bilməz.

Honkonqda ölənlərin sayı artdı

Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 75-ə yüksəlib.

Son məlumatlara görə 76 nəfər, o cümlədən 11 yanğınsöndürən xəsarət alıb, 279 nəfər itkindir. Ölənlərdən biri də yanğınsöndürəndir. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir. Hadisə yerinə 300-dən çox yanğınsöndürmə və xilasetmə avtomobili, eləcə də 1200-dən çox yanğınsöndürən cəlb olunub.

Azərbaycan hökuməti bu il xaricdəki 24 tənqidçiyə qarşı cinayət işi açıb

Azərbaycan hökuməti bu il ölkə xaricində yaşayan 24 tənqidçisinə qarşı cinayət işi açıb. 

Bu barədə “Azərbaycanda Repressiyaya Son Kampaniyası”nın noyabrın 26-da dərc etdiyi analizdə bildirilir. 

Hüquqşünas Səməd Rəhimlinin müəllifi olduğu analizdə qeyd olunur ki, Azərbaycan hökumətinin jurnalistlər, fəallar və hüquq müdafiəçilərinə qarşı apardığı repressiya artıq ölkə xaricində olanları da əhatə edir.

NBA-da daha doqquz oyun keçirildi

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) daha doqquz qarşılaşma keçirilib.

“Boston Seltiks” “Detroit Pistons”u 117:114 hesabı ilə məğlub edib.

“Nyu York Niks” “Şarlotta Hornets”i (129:101), “Toronto Reptors” “İndiana Peysers”i (97:95), “Mayami Hit” “Miluoki Baks”ı (106:103) üstələyib.

Digər matçlarda isə aşağıdakı nəticələr qeydə alınıb:

Afiəddin Məmmədov 2 saylı CÇM-də siyasi məhbusların təzyiq və hədələrə məruz qaldıqlarını deyir

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki vəziyyətlə bağlı ictimaiyyətə müraciət edib. Onun müraciətini yaxınları yayıb.

Məmmədov müraciətində müəssisədə qanunsuzluqların və məhbuslara qarşı təzyiqlərin davam etdiyini bildirib:

Türkiyədə dünyəvi şiəlik və “Cəfəri Dini İşlər İdarəsi” 3-cü hissə

Hakim gücü dəstəkləmək üçün tələsmək

Qlobal dəyişikliklər, xüsusən də Qərbi Asiyadakı inkişaflar, müqavimət cəbhəsinin artan gücü və Fələstin-Qəzza məsələsi hər kəsin diqqətini çəkdi və heç kim bu inkişaflara laqeyd qala bilməzdi. Hər kəs öz mövqeyini bildirməli və səsini çıxarmalı idi.

İmran Xanın öldürüldüyü iddiası Pakistanda xaosa səbəb oldu

Sosial mediada Pakistanın keçmiş baş naziri İmran Xanın həbsxanada öldüyü iddialarından sonra Ravalpindidəki Adiala Həbsxanasının qarşısında başlayan etiraz aksiyası polislə danışıqlardan sonra başa çatıb.

Pakistanın keçmiş baş naziri İmran Xanın həbsxanada öldüyü barədə şayiələr Ravalpindidəki Adiala Həbsxanasının qarşısında etirazlara səbəb oldu. Pakistan Ədalət Hərəkatının (PTI) minlərlə tərəfdarı çərşənbə axşamı gecəsi həbsxanaya yürüş edib.

Livan və Cənubi Kipr Şərqi Aralıq dənizində dəniz yurisdiksiyası haqqında saziş imzaladılar

Livan və Cənubi Kipr Yunan Administrasiyası dəniz yurisdiksiyalarının bölüşdürülməsi haqqında saziş imzalayıblar.

Ərəb mediasının məlumatına görə, Cənubi Kipr və Livan arasında yenilənmiş Eksklüziv İqtisadi Zona (EEZ) sazişi imzalanıb.

Beyrutda keçirilən imzalanma mərasimində Cənubi Kipr Yunan Administrasiyasının prezidenti Nikos Xristodulides və Livan prezidenti Cozef Aun iştirak ediblər.

"Bavariya" "Arsenal"a, "Liverpul" PSV-yə uduzdu

UEFA Çempionlar Liqasının əsas mərhələsində V tura yekun vurulub.

İkinci oyun günündə də 9 görüş keçirilib.

İngiltərə təmsilçilərindən “Liverpul” evdə Niderlandın PSV, “Tottenhem” isə səfərdə Fransa təmsilçisi PSJ komandasına məğlub olub. İngiltərə komandalarından yalnız “Arsenal” rəqibi “Bavariya”dan üstün olmağı bacarıb. “Real Madrid” “Olimpiakos” səfərindən üç xalla dönüb.

Liqa mərhələsi V tur:

Ayətullah Sistaniyə bağlı “Əl Ayn” Fondu 137 min yetimi himayəyə götürür

Böyük təqlid müctehidi olan Ayətullah Əl Üzma Seyid Sistaniyə bağlı “Əl-Ayn” Fondu İraqın bütün ərazilərində 137 mindən çox yetim uşağı himayəyə götürərək hərtərəfli qayğı sistemi təqdim edir.

Təşkilat yetimlərin təhsil, peşə, sağlamlıq və yaşayış ehtiyaclarını tamamilə qarşılayır.

Təşkilatın əsas fəaliyyət sahələrindən biri “Əz-Zəhra” adlı xüsusi bölmənin işidir. Bu bölmə yetimlərə müxtəlif peşələri öyrətmək üçün ixtisaslaşmış kurslar keçirir.