26 November 2025

Şeyx Naim Qasim: "Böhranlar bitəcək"

Hizbullahın baş katibi Şeyx Naim Qasim "İllik Səfərbərlik Günü" münasibətilə yayımladığı mesajda müqavimət təşkilatının üzvlərinə müraciət edib. Qasim İsrail və Amerika təcavüzünün bitəcəyini bildirib.

Hizbullahın baş katibi Şeyx Naim Qasim müqavimətin "İllik Səfərbərlik Günü" münasibətilə bir mesaj yayımlayıb. Qasim mesajında ​​müqavimət təşkilatının üzvlərinə müraciət edərək ideoloji və siyasi çərçivəni açıqlayıb.

"Barselona"nın 53 oyunluq seriyası başa çatdı

"Barselona"nın 53 oyunluq qol seriyası başa çatıb.

Bu, ötən gecə Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Çelsi" ilə matçda gerçəkləşib. Görüş London təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Barselona" 53 oyun sonra ilk dəfə bir oyunda qol vura bilməyib. Kataloniya təmsilçisi bunu son dəfə 2024-cü il dekabrın 15-də “Leqanes”ə 0:1 hesabı ilə uduzduqları görüşdə yaşamışdı. O vaxtdan bəri "Barselona" ardıcıl 53 matçda ən azı 1 qol vurub.

“ABŞ-ın əsl məqsədi Venesuelanın neft ehtiyatlarına hakim olmaqdır”

Kuba xarici işlər naziri Bruno Rodrigez verdiyi açıqlamada ABŞ-ın Venesuela hökumətinin narkotik qaçaqmalçılığı qrupları ilə əlaqəli olduğu iddiasının əsassız olduğunu bildirib.

“Vaşinqton bu yalan iddianın arxasında Karakasın neft ehtiyatlarına hakim olmaq kimi əsl məqsədini gizlətmək istəyir”, – deyə o qeyd edib.

Cahad Babakişizadə “Nardaran hadisəsi”nin 10 illiyi ilə bağlı paylaşım edib

Bu gün — 26 noyabr 2015-ci ildə — hakimiyyət tərəfindən həyata keçirilən siyasi motivli “Nardaran əməliyyatı”nın və günahsız insanların qanının axıdılması ilə nəticələnən faciənin 10-cu ildönümüdür. Həmin hadisədə Rəfail və Fərail Bunyadovlar, Sarvan Səfərov və Əkbər Babayev şəhadətə ucalmış, 10-dan artıq şəxs isə müxtəlif dərəcəli güllə yaraları almışdı. Yaralananlardan bəziləri bu gün də həmin güllələri bədənində gəzdirir.

DÇ-2026-nın final mərhələsinin püşkatmasından öncə səbətlərin tərkibi açıqlandı

ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının final mərhələsinin püşkatmasından öncə səbətlərin tərkibi bəlli olub.

FIFA-nın rəsmi saytı xəbər verir ki, komandalar 4 qrupa bölünüblər.

İlk 3 səbətdəki yığmalar artıq məlumdur. 4-cü səbətdə İordaniya, Kabo-Verde, Qana, Kurasao, Haiti və Yeni Zelandiyadan başqa, pley-off mərhələsindən gələcək 6 komanda yer alacaq.

İmran Xan həbsxanada öldürülüb - KİV

Pakistanın keçmiş Baş naziri İmran Xanın müəmmalı şəkildə öldürüldüyü iddia olunub.

Bu barədə “Afganistan Times” qəzeti məlumat dərc edib. 

Onun meyitinin həbsxanadan çıxarıldığı qeyd edilir. "İslamabad Post" qəzeti də öz növbəsində Pakistan Təhrik-e-İnsaf hərəkatının yaraqlılarının Adiala həbsxanasına girməyə cəhd etdiyini bildirib. Hökumətin həbsxananı qorumaq üçün dərhal əlavə hərbi qüvvələr yerləşdirdiyi bildirilir.

Tale Bağırzadə: “Şəhadət Allah dərgahında ən böyük arzumuz, istəyimiz və dualarımızdır”

Müsəlman Birliyi Hərəkatının (MBH) sədri Hacı Tale Bağırzadə “26 noyabr Nardaran hadisələri”nin 10-cu ildönümü münasibətilə paylaşım edib. İlahiyyatçı hadisələr zamanı dünyasını dəyişənləri rəhmətlə anıb və mübarizənin davam etdiyini bir daha bəyan edib.

İsrailli analitik: “Netanyahu ‘dövlət’i içəridən dağıdır

Netanyahu hökumətinə dövlət institutlarını “içəridən dağıtmaq” ittihamı

İsrailli strateji təhlilçi Atila Şombelbi ölkədə artan siyasi-təhlükəsizlik gərginliyini dəyərləndirərək bildirib ki, baş nazir Benyamin Netanyahu hökuməti dövlət institutlarını sistemli şəkildə zəiflətməyə doğru irəliləyir. Onun sözlərinə görə, təhlükəsizliyin əsas prioritet hesab edilməli olduğu bir dövrdə hökumət diqqətini təhlükənin mahiyyətinə deyil, dövlət mexanizmlərinin siyasətə tabe etdirilməsinə yönəldib.

 

Ayətullah Məkarim Şirazi: "Lüks yarışı" bir çox sosial böhranların köküdür

Ayətullah Məkarim Şirazi bir çox sosial problemlərin həllinin "həyatın sadəliyi" prinsipinin tətbiqində olduğunu bildirərək deyib: "Bir çox sosial böhranların kökü insanların həyatlarının lüks və lüks yarışına qərq olmasındadır".

"Sadəlik ən vacib İslam təlimlərindən və Həzrət Zəhranın (s.ə) həyatının ən fərqli xüsusiyyətlərindən biridir və bir çox sosial problem bu prinsipin tətbiqi ilə həll edilə bilər.

KİV: ABŞ Ordusunun katibi Ukraynanı qaçılmaz məğlubiyyət barədə xəbərdar edib

ABŞ Ordusunun katibi Den Driskoll Kiyevdə ukraynalı rəsmiləri xəbərdar edib ki, Ukrayna Silahlı Qüvvələri cəbhədə ağır vəziyyətlə üzləşib və Rusiya qoşunları qarşısında qaçılmaz məğlubiyyətə uğrayacaq.

Bu barədə “NBC News” öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Driskoll keçən həftə Kiyev səfəri zamanı ukraynalı həmkarlarına bildirib ki, ruslar hava hücumlarının miqyasını və sürətini artırırlar.

MBH “Mübariz” medalı ilə hərəkat üzvü Cahad Babakişizadəni təltif edib

Müsəlman Birliyi Hərəkatı (MBH) təsis etdiyi “Mübariz” medalı ilə hərəkat üzvü Cahad Babakişizadəni təltif edib. “Mübariz” medalı 2025-ci il 26 noyabr Nardaran hadisələrinin 10 illiyi münasibətilə hərəkat tərəfindən təsis edilən döş nişanıdır. Medal, hərəkat daxilində xüsusi xidmətləri ilə seçilən üzvlərə hərəkat rəhbəri Tale Bağırzadənin göstərişi ilə təqdim olunur.

Tərlan Səyadov “26 Noyabr – Nardaran hadisələri” ilə bağlı paylaşım edib

Ciddi-qapalı rejimli müəssisədə cəza çəkən siyasi məhbus Tərlan Səyadov “26 noyabr - Nardaran hadisələri” ilə bağlı paylaşım edib. 

Paylaşımda deyilir:

“Allahın salamı bütün İslam şəhidlərinə olsun! Allahın salamı haqqı müdafiə edərək şəhadətə ucalan Nardaran şəhidlərinə olsun. Kərbəlada İmam Hüseynə (ə) və tərəfdarlarına namaz qılarkən ox atan zülmkarlar, Nardaranda da Hacı Tale və tərəfdarlarına namaz vaxtı güllə yağdırdılar.