21 November 2025

Türkiyədən Azərbaycana gətirilən talış fəal dövlətə qarşı çağırışda ittiham olunur

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən talış fəal Kamal İsayevin Azərbaycan Cinayət Məcəlləsi üzrə ittiham olunduğu maddələr məlum olub. 

Fəalın həyat yoldaşı Aida İsayeva "Toplum TV"-yə deyib ki, K.İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. 

Bu maddələrdən birincisi üzrə 5-8 il, digəri üzrə 2-4 il həbs cəzası nəzərdə tutulur. 

Fələstin Ermənistana dəstək verib?

Xəbərin qısa icmalı

- Fələstin və İsrail arasında hərbi vəziyyətin oktyabrın 7-dən gərginləşməsindən sonra Fələstin-Ermənistan münasibətləri mövzusu sosial şəbəkələrdə yenidən aktuallaşıb. Məsələn, 94 mindən çox izləyicisi olan “qloball_xeber” adlı instagram hesabında paylaşılan məlumata görə, Fələstinin keçmiş lideri Yasir Ərəfat “Erməni xalqı Qarabağda haqq savaşı aparır. Onlar da bizim kimi əzilmiş xalqdır. Ona görə də biz bu savaşda erməni xalqının yanındayıq” deyib.

AB-nin Fələstin Muxtariyyətinə maliyyə dəstəyi: Əlavə maliyyələşdirmə mümkündürmü?

Avropa Birliyinin dörd üzvü dövləti əvvəllər vəd edilmiş məbləğ olan 82 milyon avro məbləğində Fələstin Muxtariyyətinə köçürmə müqaviləsi imzalayıb. Aİ-yə daxil olmayan ölkələr tərəfindən heç bir rəsmi öhdəlik götürülməyib.

Avropa Komissiyası Brüsseldə keçirilən Fələstin Donorlar Qrupunun ilk iclasından sonra Fələstin Muxtariyyətinə 82 milyon avroluq maliyyə yardımını təsdiqləyib.

Ərəb-İslam dünyasından Venesuelaya dəstək çağırışı

Ərəb və İslam qurumlarından Venesuelaya həmrəylik bəyanatı

Bir sıra ərəb və islam təşkilatları Venesuelaya qarşı tətbiq edilən sanksiyalar və ABŞ-ın artan təzyiqləri fonunda rəsmi Karakasla tam və qeyd-şərtsiz həmrəylik ifadə edən birgə bəyanat yayıblar. Bəyanatda vurğulanır ki, Venesuela xalqının suverenliyinə, müstəqillik hüququna və gələcəyini sərbəst şəkildə müəyyənləşdirməsinə yönəlmiş bütün imperialist müdaxilələr qətiyyətlə rədd edilir.

Qılıncoynadanlarımız İslamiadada qızıl medal qazanıblar

Bu gün Səudiyyə Ərəbsitanının Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma yarışlarna yekun vurulub.

Son yarış günündə sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib. Yarımfinalda Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komandamız gərgin keçən final qarşılaşmasnda Özbəkistan yığmasını 45:43 hesab ilə məğlub edib.

Rövşən Abdullaoğlunun kitabları Misir və Şri-Lankada nəşr olundu

Azərbaycanın tanınmış yazıçısı Rövşən Abdullaoğlunun kitabları yeni dillərdə və ölkələrdə oxuculara təqdim olunub.

Müəllifin “Mən yeməli deyiləm” və “Çətin olsa da, həyat davam edir” kitabları Misirdə “Jusur Publishing” tərəfindən ərəb dilində, “Bu şəhərdə kimsə yoxdur” romanı isə Şri-Lankada “KBooks Press” tərəfindən sinhala dilində çap edilib.

Yazıçı bildirib ki, hər yeni tərcümə və nəşr ədəbiyyatımızın sərhədləri aşaraq dünyaya yayılması deməkdir.

Xanım Zeynəb (s.ə.) Ziyarətgahında ziyarət problemləri həll olub

Suriyanın Dəməşq şəhərində yerləşən Xanım Zeynəbin (s.ə) Ziyarətgahında ziyarət problemləri həll olub. Artıq uzun zamandır ki, ziyarətgaha girişin məhdudlaşdırıldığı ortam aradan qaldırılıb.

Bəşər Əsəd hökümətinin devrilməsindən sonra HTŞ-nin radikal zeyhiyyətindəki qruplar vasitəsilə Suriyadakı Ziyarətgahların qapıları bağlanmış, zəvvarların ora getməsi qadağan edilmişdi.