Rövşən Abdullaoğlunun kitabları Misir və Şri-Lankada nəşr olundu

Azərbaycanın tanınmış yazıçısı Rövşən Abdullaoğlunun kitabları yeni dillərdə və ölkələrdə oxuculara təqdim olunub.

Müəllifin “Mən yeməli deyiləm” və “Çətin olsa da, həyat davam edir” kitabları Misirdə “Jusur Publishing” tərəfindən ərəb dilində, “Bu şəhərdə kimsə yoxdur” romanı isə Şri-Lankada “KBooks Press” tərəfindən sinhala dilində çap edilib.

Yazıçı bildirib ki, hər yeni tərcümə və nəşr ədəbiyyatımızın sərhədləri aşaraq dünyaya yayılması deməkdir.

O, bu prosesdə əməyi olan hər kəsə təşəkkürünü çatdırıb və kitabların ölkəxaricində daha çox oxucuya çatacağına ümid etdiyini vurğulayıb.