ABŞ administrasiyası Ukrayna prezidenti Vladimir Zelenskiyə Vaşinqton və Moskva arasında hazırlanan yeni sülh planını qəbul etməsi barədə mesaj verib. “Reuters”in anonim mənbələrə istinadən yazdığına görə, plan Kiyevin bəzi ərazilərdən imtina etməsini və ordunun bir hissəsini ixtisar etməsini nəzərdə tutur.
Mənbələrin bildirdiyinə görə, təklif olunan model Ukrayna ordusunun ölçüsünün azaldılmasını və digər şərtləri də əhatə edir. “Reuters” yazır ki, Vaşinqton Kiyevdən planın əsas müddəalarını qəbul etməsini istəyir.
“Financial Times” jurnalisti Kristofer Miller “X” sosial şəbəkəsində planın detallarını belə ümumiləşdirib: Ukrayna ordunu iki dəfə kiçiltməli, Donbasdan və müəyyən silah növlərindən imtina etməlidir. Millerin sözlərinə görə, bu plan “Kiril Dmitriyev və Stiv Uitkoff vasitəsilə irəli sürülür” və Zelenski bundan narazıdır. Jurnalist qeyd edib:
“Bu, Ukraynanın təslim olması deməkdir və tanıdığım mənbələrin sözlərinə görə, Kremlin maksimalist tələblərini əks etdirir”.
Daha əvvəl “Axios” yazmışdı ki, ABŞ və Rusiya nümayəndələri yeni sülh planı ilə bağlı qapalı danışıqlar aparır. Məlumata görə, sənəd 28 bənddən ibarətdir və qismən ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı həyata keçirdiyi planı xatırladır.
Nəşrin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff planı Kremlin nümayəndəsi Kiril Dmitriyev və Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerovla müzakirə edib. Dmitriyev “Axios”a bildirib ki, bu dəfə “Rusiyanın mövqeyi ilk dəfə həqiqətən dinlənilib” və plan Trampla Putin arasında Alyaskadakı görüşdə müzakirə olunan prinsiplərə əsaslanır. Onun sözlərinə görə, ABŞ indi bu yeni versiyanın “üstünlüklərini” Avropa ölkələrinə və Kiyevə izah etməyə çalışır.
Uitkoffun əvvəllər Rusiya ilə razılaşdırdığı, lakin tərəfləri sülhə yaxınlaşdırmayan planlardan bu dəfəki təşəbbüsün nə ilə fərqləndiyi isə məlum deyil.
“Wall Street Journal” və “Politico” yazır ki, Tramp administrasiyası Ukrayna ilə danışıqlara yeni dinamika qatmaq üçün Kiyevə yüksək səviyyəli Pentaqon nümayəndə heyəti göndərib. Jurnalistlərin məlumatına görə, ABŞ ordusu naziri Den Driskoll və Ordu Qərargah rəisi Rendi Corc Ukrayna rəhbərliyi, o cümlədən Zelenski ilə görüşmək niyyətindədir. Daha sonra Driskollun rusiyalı rəsmilərlə də görüşəcəyi gözlənilir, lakin zaman və məkan açıqlanmır.
Ağ Ev və Pentaqon hələlik nümayəndə heyətinin səfərini rəsmi olaraq təsdiqləməyib.
Reuters: “ABŞ Ukraynadan müharibənin dayandırılması üçün Donbasdan imtina və ordu ilə bağlı güzəştlər tələb edir”