12 August 2025

“Abzas”çıların məhkəmə zalından zorakılıqla çıxarıldığı deyilir

Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” işi üzrə hazırlıq iclası keçirilib. 

“Abzas Media” xəbər verir ki, məhkəmə zalında nəşrin qadın əməkdaşlarına qarşı zorakılıq olub, vəsatətlər təmin edilməyib.

Prosesdə müdafiə tərəfi həbsdə olan Ülvi Həsənli, Məhəmməd Kekalov, Hafiz Babalı və Fərid Mehralızadənin Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına köçülürməsi ilə bağlı vəsatət verib. 

Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib

Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl Flaherti üzv ölkələri İsrailə silah tədarükündən yayınmağa çağırıb.

Onun sözlərinə görə, bu silahlar insan hüquqlarının pozulması məqsədilə istifadə oluna bilər.

Komissar Qəzzaya humanitar yardımların çatdırılmasının vacibliyini vurğulayıb və bütün girovların azad edilməsinə çağırış edib.

Ayətullah Safi Gülpayeqani: “Ərbəin yürüşü Hüseynin (ə) keçdiyi yol və hədəflərin unudulmaz olduğunu nümayiş etdirir”

Mərhum Ayətullah Safi Gülpayeqaninin Ərbəin münasibətilə ərəb dilində verdiyi mesaj bu böyük dini hadisənin əhəmiyyətinə görə yenidən nəşr olunur. Bəyanatın ərəbcə tərcüməsi belədir:

 

Mərhəmətli və Rəhmli Allahın adı ilə...

"Beləliklə, "Rəbbimiz Allahdır" deyib, sonra doğru yolda olanların üzərinə mələklər nazil olur. Onlara deyirlər: "Qorxmayın, kədərlənməyin, sizə vəd edilən Cənnətlə sevinin!"

Zelenski müharibəni davam etdirmək üçün icazə alıb ki, torpaq mübadiləsi üçün də icazə alsın?" Tramp

Donald Tramp təsdiqləyib ki, o və Vladimir Putin cümə günü Alyaskada Ukrayna müharibəsi ilə bağlı “torpaq mübadiləsi” məsələsini müzakirə edəcəklər.

Lakin Tramp, mümkün razılaşmaya şərtlər qoyduğuna görə Ukrayna prezidenti Volodimir Zelenskiyə narazılığını bildirib.

Azərbaycan çempionatlarında ən çox oyun keçirən futbolçular - Siyahı

Avqustun 15-də Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümü start götürəcək.

Peşəkar Futbol Liqası saytı xəbər verir ki, sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Ötən mövsümdə 2-ci Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb.

Onun kimi Mahmud Qurbanov da “400” səddini keçib. O, 421 oyunda iştirak edib.

Ərbəin Aşuranın ikinci epizodu və insanlığın ruhudur

…Ərbəin, sanki Aşuranın ikinci epizodu və onun insani ruhudur. Ərbəin mərasimləri ilə bağlı tərəddüdləri olanlar bilməlidirlər ki, Ərbəin artıq beynəlxalq və ictimai bir hərəkatdır. Onu yalnız İranlılıq, İraqlılıq, ya da daha pisi, partiya və qrupların məhdud çərçivəsində təhlil etmək doğru deyil. Ərbəinin mahiyyəti dar, siyasi, dağıdıcı tənqidlər və ya əyləncə məqsədli baxışlarla pozulmamalıdır.

Ukrayna Rusiyanın raket üçün helium qazı istehsal edən yeganə zavodunu vurub

Ukrayna kəşfiyyatının dronları Orenburq Helyum Zavoduna zərbə endirib.

Bu barədə “UNİAN“a Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbələr məlumat verib.

Mənbənin bildirdiyinə görə, adıçəkilən müəssisə Rusiyada raket istehsalı, kosmik sənaye və aviasiya sənayesində istifadə olunan kritik əhəmiyyətli komponenti istehsal edən yeganə zavoddur.

İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb

İran Cask yaxınlığında iki milyon litrdən çox qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, İran Sərhəd Polisinin komandanı Cask limanı yaxınlığında ona aid sularda Hərbi Dəniz Qüvvələrinin köməyi ilə iki milyon litrdən çox qaçaqmalçılıq yanacağı daşıyan neft tankerinin saxlanıldığını elan edib.

Netanyahu Norveçə gedəcəyi təqdirdə həbs ediləcək

Norveç İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyir və baş nazir Benyamin Netanyahunun krallığa gələcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə dair orderi icra edəcək.

Bunu “Al Jazeera” telekanalına müsahibəsində xarici işlər nazirinin müavini Andreas Motsfeldt Kravik deyib.

O vurğulayıb ki, Norveç hökuməti BCM-nin Netanyahunu həbs etmək qərarından xəbərdardır və o (İsrailin baş naziri - Qeyd) Norveç torpağına ayaq basarsa, bu orderi icra edəcək.

Çin ABŞ-yə qarşı gömrük tariflərinin tətbiqini təxirə salıb

Çin Amerika məhsullarının idxalına tətbiq edilən 24 fazilik tarifin təxirə salınmasını daha 90 gün müddətinə uzadıb.

Bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

“2025-ci il avqustun 12-dən etibarən 24%-lik tarifin tətbiqi yenidən 90 gün müddətinə təxirə salınacaq, eyni zamanda bu mallardan tutulan 10%-lik rüsum qüvvədə qalacaq”, - nazirliyin saytında dərc olunan məlumatda deyilir.

Minlərlə türk vətəndaşı parlamentə yürüş edərək, İsraillə əlaqələrin dayandırılmasını və Qəzzaya humanitar dəhlizin açılmasını tələb edib

Ankara Fələstin Həmrəylik Platforması (ANFİDAP) tərəfindən təşkil edilən "Anadoludan Parlamentə, Parlamentdən Qəzzəyə; Qəzzəyə İnsani Yardım Dəhlizi" yürüşü minlərlə iştirakçının marağına səbəb olub.

Minlərlə vətəndaş parlamentə yürüş edərək, İsraillə əlaqələrin dayandırılmasını və Qəzzaya humanitar dəhlizin açılmasını tələb edib.