Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Rusiya Ukraynanın qaz nəqli infrastruktur obyektinə hücum edib.
Bu barədə Ukraynanın Energetika Nazirliyi xəbər verir.
"Avqustun 6-sı gecə saatlarında Rusiya qaz infrastrukturu obyektinə - Ukraynanın Qaz Nəqli Sisteminin operatorunun Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında yerləşən kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib", - məlumatda bildirilib.